Sosial

  • 6 916

“Əmanətlərin tam sığortalanması müddəti başa çatır" ÖZƏL-MÖVQE

image

“Martın 4-ü əmanətlərin tam sığortalanması müddəti başa çatır. Əgər 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti uzadılmasa, bu halda digər normativ aktın - “Əmanətlərin sığortalanması haqqında” Qanunun şərtləri qüvvəyə minəcək. Yəni kompensasiya məbləği 30 min manatla limitləşəcək”. Bunu SİA-ya iqtisadçı Samir Əliyev deyib.İqtisadçının sözlərinə görə, əmanətlərin tam sığortalanmasını nəzərdə tutan qanunun müddəti ötən ilin fevralında 19-da daha 1 il müddətinə uzadılmağına rəğmən bu il hökumətdən konkret mövqe görünmür: “Müddətin bitməsinə isə 2 gün qalıb. Əslində 2019-cu ilin sonuna qədər bütün gözləntilər müddətin uzadılmaması ilə bağlı idi. Ancaq 2020-ci il gələndən mənbəyini Çindən götürmüş və bütün dünyaya yayılmış koronavirus amili yeni bir situasiya yaradıb. Situasiya da ondan ibarətdir ki, Çində iqtisadi aktivliyin kəskin azalması dünya bazarlarına, o cümlədən Azərbaycan üçün həyati əhəmiyyətli olan neft bazarına mənfi təsir göstərir. Yeni ilə qədəm qoyduğumuz andan bu günə qədər Azərbaycan nefti üçün qiymət oriyenti rolunu oynayan Brent markalı neftin qiyməti $68-dən $51-ə qədər ucuzlaşıb. Ucuzlaşmanın nə qədər və hansı həddə qədər davam edəcəyini söyləmək çox çətindir. Görünən odur ki, virus problemi həllini tapmasa və proses uzansa, ucuzlaşma davam edəcək. Bu isə neftdən asılı olan Azərbaycan iqtisadiyyatı üçün arzu olunan hal deyil. Əgər virus təhlükəsi qısa müddətdə aradan qalxmasa bunun Azərbaycan üçün 2015-ci il böhranından da çətin olacağını proqnozlaşdırmaq olar. Əmanətlərin tam sığortalanması qərarı isə məhz 2015-ci ildə baş vermiş devalvasiya qərarının bank sektoruna vurduğu zərbənin təsirini bir qədər azalmaq, əhalinin bank sektoruna inamını bərpa etməyə yönəldilmiş bir addım idi. Qərar çox düzgün idi. Ola bilsin bu gün hökumətin müddətin uzadılması ilə bağlı yekun qərarı yoxdur. Ancaq fikrimcə, hökumət tərəddüd etmədən müddətin daha 1 il uzadılmasına qərar verməlidir. Bu, əmanətçilər üçün psixoloji gərginliyi xeyli azaldar, banklar üçün də əmanət qaçışı qorxusunu aradan qaldırar".

sia.az

Digər xəbərlər