Sosial

  • 7 137

Bu gün Azərbaycanda Od çərşənbəsidir

image

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. SİA-nın verdiyi məlumata görə, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı İlhamə Qəsəbova bildirib ki, bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir.Akademiya rəsmisi vurğulayıb ki, Su çərşənbəsindən fərqli olaraq Od çərşənbəsində qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır:“Ailənin büdcəsinə uyğun olaraq təamlardan süfrəyə düzülür. Süfrəyə mütləq şəkildə səməni qoyulmalıdır. Bu çərşənbədə həyətdə tonqal qalanmalıdır. Elə bölgələr var ki, orada həmin ərəfədə yas düşərsə, hörmət əlaməti olaraq tonqal qalanmır”.Məlumat üçün bildirək ki, martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.

sia.az

Digər xəbərlər