Sosial

  • 8 087

Azərbaycanda 3 gün ərzində 64 mindən artıq ağac əkilib

image

Regionlarda yaz ağacəkmə aksiyaları davam edir. “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 7 rayonda ağac əkini həyata keçirilib. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimov bildirib.O qeyd edib ki, Şəki, Quba, Tovuz, Şamaxı, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarında keçirilən aksiyalar zamanı Regional Meşə Təsərrüfatı Mərkəzləri və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən ümumilikdə 60 hektar ərazidə 64 120 ədəd müxtəlif meyvə və meşə cinsli ağaclar əkilib: "Ən çox ağac 19 980 ədəd təkcə Ağcabədi rayonunda əkilib. Mövsüm ərzində ağac əkini respublikanın bütün rayonlarını əhatə edəcək”.

sia.az

Digər xəbərlər