Sosial

  • 7 931

Qubada Od çərşənbəsi təmizlik aksiyası ilə yadda qalıb

image

Qubada “Təmiz çərşənbə” layihəsi çərçivəsində şəhərin Dəvədabanı yaşayış massivində təmizlik aksiyası keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti, Quba “ASAN xidmət” Mərkəzi, Quba Destinasiya Menecmenti Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Quba regional mərkəzi, Quba Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkil etdiyi aksiyada ərazi tullantılardan təmizlənib, abadlıq işləri görülüb.Tədbirin davamında aksiya iştirakçıları tonqal ətrafında toplaşaraq Od çərşənbəsini qeyd ediblər. Rayon incəsənət nümayəndlərinin ifasında konsert proqramı maraqla qarşılanıb.
AZƏRTAC

Digər xəbərlər