PDF Oxu

Sosial

  • 47 171

"İşçilər maaşları saxlanmaqla 2 həftəlik sosial məzuniyyətə göndərilsin" Musa Quliyev

image

“Hökumətin hazırki vəziyyətə davranışı hadisəyə adekvat yanaşmadır. Koronavirus yayılan ölkələrdən vətəndaşlarımızın gətirilməsi, karantinəı alınması, izolyasiya olunması üçün bütün tədbirlər görülür”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.O bildirib ki, Operativ qərargahın verdiyi təlimatlara hər bir vətəndaş qeyri-şərtsiz əməl etməlidir.Tibbi profilaktika sahəsində hər cür vəsaitin olduğunu deyən komitə sədri Operativ qərargahdan və KİV-dən gün ərzində 5-10 dəfə cəmiyyətə informasiya verməyi xahiş edib: “Belə olan zaman saxta fake informasiyalara yer qalmayacaq”.M. Quliyev qeyd edib ki, bu gün ölkəmizdə koronavirusla bağlı maarifləndirmə işləri də yüksək səviyyədədir: “Lakin ictimaiyyətin davranışında ikiqütblülük var. Bir qütbdə panika, ajiotaj, digər qütbdə isə laqeydlik. İnsanlarımız sadəcə operativ qərargahın tövsiyələrinə əməl etməlidir. Qorxulu hal isə həkim olmayan şəxslərin virusla bağlı məsləhətlər verməsidir. Buna görə də bütün sosial şəbəkə istifadəçilərinə müraciət edirəm ki, qeyri-peşəkar adamlar öz fikirlərini yazmasınlar”.Deputat vurğulayıb ki, virusla mübarizənin ən effektiv yolu xəstə insandan qaçmaqdır: “İnsanların ehtiyac olmadığı hallarda çox yerə toplaşması arzu olunan deyil. Hesab edək ki, müharibə şəraitindəyik. Biz bir-birimizi, yaxınlarımızı qorumalıyıq. Eyni zamanda iş yerlərində də dizenfeksiyaedici məhlullardan istifadə məqsədəuyğundur. Bu şərtlərin həyata keçirilməsi üçün qanunvericilikdə dəyişikliklər edilsin. İş yerlərində əməkdaşların maaşları saxlanılmaqla, 2 həftəliyinə kənarlaşdırılması və sosial məzuniyyətə göndərilməsi ilə bağlı qərar verilməlidir. Tibb işçilərinin maaşlarına əlavə olunmalı və mükafatlar verilməlidir”.

sia.az

Digər xəbərlər

Yaşlandıqca əzələ gücünü necə qorumaq olar..?

Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...

Gecə tərləməsi xərçəngin əlaməti ola bilər...

Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...

“Tam qaranlıq çökdü”: klinik ölüm yaşayan insanların hekayələri...

Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?

Rənginə görə ən sağlam bibərlər müəyyən edilib...

Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...