PDF Oxu

Sosial

  • 46 936

Azərbaycanda əhalinin məlumatlandırılması məqsədilə www.koronavirusinfo.az informasiya portalı istifadəyə verildi

image

Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən məlumat portalı (www.koronavirusinfo.az) istifadəyə verilib.

Portalda koronavirus (COVID-19) haqqında təsdiqlənmiş ümumi məlumatlar, dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər və operativ xəbərlər öz əksini tapıb.
Azərbaycan hökumətinin əhalinin sağlamlığının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyənləşdirdiyi qaydalar, təlimatlar və tövsiyələr operativ şəkildə vətəndaşların diqqətinə çatdırılır.
Vətəndaşlar portala müraciət etməklə interaktiv qaydada onları maraqlandıran suallara cavab ala biləcəklər.

yap.org.az

Digər xəbərlər

Çoxqatlı şəxsiyyətə sahib olmaq sizi daha güclü edir...

Psixoloqlara görə, öz kimliyinin çevik qavranılması insanların dəyişikliklərə daha asan uyğunlaşmasına, emosional tarazlığı qorumasına və yeni ideyalar kəşf etməsinə kömək edir...

2026-cı ilin yaz və yay aylarında hansı ayaqqabılar dəbdədir..?

Bu mövsüm ayaq biləyi çəkmələri hansı dəyişikliklərə məruz qalıb və stilistlər ağ idman ayaqqabılarının əvəzedicisi kimi indi nə təklif edirlər?

Detektiv tapmaca: Qatili qısa müddətdə müəyyən edə bilərsinizmi?

Cinayət hekayələri və detektivlərin pərəstişkarları analitik bacarıqlarını sınaya bilərlər...