PDF Oxu

Sosial

  • 45 858

"İmzalanan sənəd tibb işçilərinin əməyinə verilən yüksək qiymətdir" AÇIQLAMA-ÖZƏL

image

“Prezident İlham Əliyevin ötən gün tibb işçiləri ilə bağlı imzaladığı sərəncam bu gün dünyanı və bəşəriyyəti bürümüş bəlaya, “mahribəyə” qarşı fədakarlıq göstərən, onun bütün ağırlığını öz çiyninə götürən həkimlərin əməyinin yüksək qiymətləndirilməsinin nümunəsidir”. Bu fikirləri SİA-ya aıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat İlham Məmmədov deyib.O bildirib ki, imzalanan sənəd həkimlərimizin fəaliyyətini daha məsuliyyətli, daha həvəslə yerinə yetirmək üçün çox mühümdür: “Bu gün COVİD-19-a qarşı mübarizədə ön cəbhədə olan həkimlərimiz heç nəyi fikirləşmədən xalqını bütün bəşəriyyəti bürümüş bu bəladan qorumaq üçün əlindən gələni edir, insanların sağlamlığının keşiyində dururlar. Lakin ölkə başçısı hər zaman olduğu kimi bu dəfə də səhiyyə işçilərininin fəaliyyətinə yüksək qiymət verərək onların əməyinə hörmətini, qayğısını imzaladığı sənədlə bir daha ifadə etmiş oldu”.İ. Məmmədov söyləyib ki, Prezident İlham Əliyev tərəfindən ötən gün imzalanan sənəd bütün tibb ictimaiyyətininin sevincinə səbəb olub: “Əminəm ki, həkimlərimizin bundan sonra daha da yüksək səviyyədə səfərbər olaraq xalqımız, dövlətimiz, millətimiz naminə koronavirusa qarşı mübarizədə əzmlərini daha da artıracaqlar”.

sia.az

Digər xəbərlər

Yaşlandıqca əzələ gücünü necə qorumaq olar..?

Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...

Gecə tərləməsi xərçəngin əlaməti ola bilər...

Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...

“Tam qaranlıq çökdü”: klinik ölüm yaşayan insanların hekayələri...

Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?

Rənginə görə ən sağlam bibərlər müəyyən edilib...

Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...