Sosial

  • 24 955

"Xəstə sayı nə qədər az olsa göstərilən xidmət daha keyfiyyətli olur" Yaqut Qarayeva

image

"Azərbaycanda dinamika müsbətdir. Hər gün yoluxanların sayı sağalanlanların sayından daha az olur. Bu həkimlərimizin və tibb işçilərimizin səyi nəticəsində mümkün olub. Xəstə sayı nə qədər az olsa verilən xidmət daha keyfiyyətli olur. Xəstə sayı artdıqca verilən xidmətin keyfiyyəti də aşağı düşəb bilər". Bunu Operativ Qərargahın brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.O, bildirib ki, biz artıq açılışlara gedirik: "Bu zaman yoluxma sayı arta bilər və biz də bu artmaya hazırlaşmalıyıq. Hər şey özümüzdən asılıdır. Bəzi qapalı məkanlar açılır. Bu zaman məsuliyyət həm sahibkarların, həm də vətəndaşların hər birinin üzərinə düşür. Hər bir Bakı sakini özünü qorusa yoluxmaların sayının artmasının qarşısını almış olacaq".

sia.az

Digər xəbərlər