Sosial

  • 10 907

"Hər birimiz çiynimizi yükün altına verib dövlətin yükünü azaltmalıyıq" ÖZƏL-MÜNASİBƏT

image

"Pandemiya hər birimizin həyatına öz möhrünü vurub. İndi nəinki Azərbaycan, hətta dünya da əvvəlki kimi deyil. Şərtlər dəyişib, insanlar dəyişib, dünya dəyişib. Biz də dəyişməli, yeni dünyanın yazılmamış qanunlarına uyğunlaşmalıyıq". Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.“Aydın məsələdir ki, karantin rejiminin uzadılması əlavə çətinliklər yaradır. Vətəndaşlar kimi dövlətlər də bu şərtlər altında öz mövcudluqlarını davam etdirməyə çətinlik çəkirlər. Əsas yük dövlətin üzərinə düşür. Yəni, karantin rejiminin uzadılması ilə bağlı qərar ikiqat məsuliyyət tələb edir. Hələki bu məsuliyyət dövlətin üzərinə düşür. Vətəndaş da çiynini məsuliyyətin altına verəndə, dövlətin yükü azalır. Hesab edirəm ki, hər birimiz çiynimizi yükün altına verib, dövlətin yükünü azaltmalıyıq. Necə? Qaydalara riayət etməklə. Təəssüflə qeyd etmək istəyirəm ki, biz çox da məsuliyyətli cəmiyyət deyirik. Bəzən öz xeyrimizə olan təklifdən də imtina edə bilirik.Ötən həftə baş verən hadisə də bunu söyləməyə əsas verir. Vətəndaş ondan maska taxmağı tələb edən avtobus sürücüsünü niyə vurmalıdır? Axı avtobusda maska taxmaq ilk növbədə vətəndaşın öz sağlamlığı üçün lazımdır. Sanitar-epidemioloji vəziyyətin təhlili göstərir ki, biz qaydalara əməl etməyə bir o qədər də həvəs göstərmirik. Yoluxma sayı iki rəqəmliyə düşməlidir. Bu isə bizim karantin rejiminə əməl etməyimizdən asılıdır. Koronavirusla yaşamaq artıq həyat tərzinə çevrilib. Biz buna uyğunlaşmalıyıq. Məncə, bütün qadağaların bir gündə aradan qaldırılması fəlakətə səbəb ola bilər. Xəstəlik hələ bitməyib, vaksin tapılmayıb. Cəmiyyəti təhlükə il qarşı-qarşıya qoymaq olmaz. Ciddi maarifləndirmə işi aparandan, insanların öz məsuliyyətini dərk etdiyinə tam əmin olandan sonra yeni dövrə qədəm qoya bilərik”-deyə, S.Verdizadə fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər