Sosial

  • 9 369

Gənclərin Onlayn Karyera Forumu keçirilib

image

450 gəncin iştirakı ilə “Gənclərin Onlayn Karyera Forumu” baş tutub. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən Forumda 4 spiker - ADA Universiteti, Tələbə Xidmətləri və Məzun İşləri üzrə Prorektor müavini Gülnur İsmayıl, "Fərdi İnkişaf və Test Mərkəzi"nin təsisçisi Samir Məmmədov, Azersun Holding, Kateqoriya və Marketinq direktoru Könül Əliyeva və ixtisas.az və "Xaricdə Çörək" layihələrinin rəhbəri Toğrul Ələkbər çıxış edib.Forum “Karyera planlaması zamanı sərbəst ata biləcəyimiz addımlar”, “Korperativ şirkətdə karyera inkişafı”, “Uğurlu karyeranın əlifbası” və “Həyat bir marafon” mövzularını əhatə edib.Onlayn forum daxilində hədiyyəli viktorinalar keçirilib. Sonda iştirakçılar sertifikatla təltif olunub.Qeyd edək ki, Gənclərin Onlayn Karyera Forumu bu gün aktual problemə çevrilən gənclərin karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair müzakirələrin təşkili, zəruri bilik və bacarıqların gənclərə aşılanmasını özündə ehtiva edib.

sia.az

Digər xəbərlər