Sosial

  • 10 075

Sosial Tədqiqatlar Mərkəzi: Respondentlərin 90,8 faizi Azərbaycan Prezidentinə tam etibar edir

image

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “İnam indeksi-3: Prezidentin fəaliyyəti ictimai rəydə” analitik hesabatı təqdim edilib.

Hesabat 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir.
Respondentlərin Azərbaycan Prezidentinə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respondentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib. Prezidentə “tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu (90,8 faiz) təşkil edir.
Bundan əlavə, respondentlərin mütləq əksəriyyəti tərəfindən dövlət başçısının ordu quruculuğu və Silahlı Qüvvələrin modernləşdirilməsi (96 faiz) və xarici siyasət (95 faiz) sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib.
Ümumilikdə isə respondentlərin mütləq əksəriyyəti (92,8 faiz) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır.
Rəyi soruşulanların 95,2 faizi Prezident tərəfindən icra hakimiyyəti başçılarının vəzifədən azad olunmasında ictimai rəyin nəzərə alındığı fikrindədir.
Bundan əlavə, respondentlərin 94,2 faizi hesab edir ki, Prezident öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnəkdir.

yap.org.az

Digər xəbərlər