YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə ali məktəblərə yüksək balla daxil olmuş abituriyentlərlə videokonfrans formatında görüş keçirilmişdir. Görüşü YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədri Ceyhun Mamedov açaraq tələbələri təbrik etmişdir. Görüşdə YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov, Ağcabədi rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov, Ağcabədi şəhər 1 saylı məktəbin direktoru Səadət Kazımova, Ağcabədi şəhər 8 saylı məktəbin direktoru Anar Qasımov, Yuxarı Qiyamadınlı kənd tam orta məktəbin direktoru Zülfiyyə Hacıyeva çıxış edərək məzunları təbrik etmiş, müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə gələcək fəaliyyətlərində onlara uğurlar arzulamışdır.Tələbələr adından Ağcabədi rayonu üzrə ən yüksək bal (668 bal) toplamış Vüsalə Məmmədova, Avşar kənd 1 saylı tam orta məktəbin məzunu Nazlı Əliyeva və başqaları çıxış edərək keçirilən tədbirə görə YAP Ağcabədi rayon təşkilatına öz təşəkkürlərini bildirmiş, ali məktəblərdə səylə oxuyacaqlarını, yüksək hazırlıqlı mütəxəssis kimi yetişərək müstəqil Azərbaycanın layiqli vətəndaşı olmaq üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildirmişlər.Görüş sonunda YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov növbəti həftədə ali məktəblərə yüksək balla daxil olmuş abituriyentlərə YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim ediləcəyini və onlara bu barədə əlavə məlumat veriləcəyini bildirmişdir.
sia.az