Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Gülablı kəndində yerləşən keçmiş orta məktəbdə üçrəngli dövlət bayrağımızı yüksəldiblər.SİA xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi məktəbin ərazisi mina və digər partlayıcılardan təmizlənib. Sonra hərbçilərimiz Gülablı kənd orta məktəbinin qarşısında sıra düzülüşündə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dövlət Himni ifa olunub. "Qarabağ Azərbaycandır!" deyən döyüşçülər Azərbaycan bayrağını dalğalandırıb.
sia.az
Anthropik işçi süni intellektlə bağlı şok faktları açıqlamaq üçün istefa verib...
Kadırov həm də müəyyən bir dəbi izləmək üçün çox uzun saqqal və qısa şalvar geyinən gənclərə müraciət edib...
Müharibə getdikcə mülki iqtisadiyyatdan pulları tükəndirir...