Sosial

  • 5 586

Biz hamılıqla dövlətimizə dəstək olmalıyıq - MÖVQE ÖZƏL

image

"Koronavirus infeksiyasına yoluxma bu gün dünyanı ən çox narahat edən məsələdir. Ölkəmiz həm ölkə daxilində bu gözəgörünməz düşmənə qarşı mübarizə aparır, həm də qlobal səviyyədə mübarizəyə töhfə verir. Bu günlərdə cənab prezidentin təşəbbüsü ilə bu məsələyə həsr olunmuş BMT-nin xüsusi sesiyası da çağırılıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.Deputatın sözlərinə görə, bütün bu mübarizə tədbirlərimizə baxmayaraq son günlərdə koronavirusa yoluxmaların mənzərəsi heç də ürək açan deyil: "Yoluxmaların kəskin artması səhiyyəmizi də çətin duruma salır. Ona görə də təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Ən çox yoluxmalara imkan verildiyi məkanlar kütləvi tədbirlərdir. Məsələn yas mərasimlərinə insanların kütləviliyinə məhdudiyyət qoyulmalıdır. Xüsusilə dəfn mərasiminə gəlmiş qadınlar qapalı məkanlarda olurlar, bir-birini qucaqlayırlar, tibbi maskadan düzgün istifafə etmirlər və yaxud heç taxmırlar. Bu da həmin qadınların yoluxmasına və evə qayıdanda ailə üzvülərin də yoluxdurulmasına yol açmış olur. Ona görə də dəfn mərasimlərinə ciddi nəzarət olunmalı, mərasimdə iştirak edə biləcək məhdud say müəyyənləşməlidir".A.Badamov vurğulayıb ki, insanlar hamılıqla koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik göstərməlidirlər: "Əks halda bütün ölkə üzrə sərt karantin rejiminin tətbiqi aktuallaşacaqdır. Sərt karantin rejimi iş yerlərinin fəaliyhətinin dayandırılması deməkdir. Bu da həm dövlət üçün, həm də insanlar üçün maliyyə çətinliyinin yaranması, insanlara psixoloji təsir deməkdir. Bunu yenidən baş verməməsi üçün hamı hər yerdə tibbi maskanı taxmalı, sosial məsafəni gözləməli, dezinfeksiyaedici vasitələrdən istifadə olunmalıdır. Biz hamılıqla dövlətin gördüyü mübarizə tədbirlərinə dəstək olsaq, özümüzü məsuliyyətli aparsaq, həmrəylik nümayiş etdirsək bu gözə görünməz bəlaya qalib gələ bilərik. Biz birlikdə güclüyük!".

sia.az

Digər xəbərlər