PDF Oxu

Sosial

  • 1 024

Gələn il maaşlar nə qədər artacaq? - AÇIQLAMA

image

"Minimum əməkhaqqı müəyyən edilərkən adətən inflyasiya, yaşayış xərcləri, orta əməkhaqqının səviyyəsi və artım tempi, əmək məhsuldarlığı, məşğulluq və ümumi iqtisadi vəziyyət nəzərə alınır. Azərbaycanda da 2027-ci il üzrə mümkün rəqəmi təxmin etmək üçün bu göstəricilərlə yanaşı, əvvəlki illərdə minimum əməkhaqqının necə artırıldığına, yəni yanaşma təcrübəsinə baxmaq olar."SİA Bakupost.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, ilk öncə əvvəlki təcrübələrə diqqət çəkib: "2020 və 2021-ci illərdə minimum əməkhaqqı 250 manat olub. 2022-ci ildə 50 manat və ya 20% artırılaraq 300 manata, 2023-cü ildə 45 manat və ya 15% artırılaraq 345 manata, 2025-ci ildə isə 55 manat və ya 15,9% artırılaraq 400 manata çatdırılıb. 2024 və 2026-cı illərdə artım olmayıb. Yəni son üç artımın hamısı 15-20% intervalında olub.İndi isə orta aylıq əməkhaqqının ümumi dinamikasına baxaq. 2025-ci ildə ölkədə orta aylıq nominal əməkhaqqı 1102,9 manat olub. 2026-cı ilin yanvar-iyulunda bu göstərici artıq 1176,7 manata çatıb. 2027-ci il üçün isə 1288,3 manat proqnozlaşdırılır. Beləliklə, 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2027-ci ildə orta əməkhaqqının təxminən 185 manat və ya 16,8% yüksək olacağı gözlənilir".Ekspert deyib ki, bu müqayisə minimum əməkhaqqı üzrə mümkün rəqəmi ehtimal etmək üçün ciddi əsasdır: "Yəni, 2025-ci ilin faktiki göstəricisi ilə 2027-ci il üçün olan proqnozu müqayisə etdikdə orta aylıq əməkhaqqında 16,8% artım gözlənilir. Minimum əməkhaqqında da buna yaxın artım olarsa, 400 manat təxminən 465-470 manata yüksəlir."

Mətləb

Digər xəbərlər

İmanla elmin ziddiyyət təşkil etmədiyini sübut edən maarifçi...

Onun ən məşhur əsərləri tatar xalqının tarixi və etnoqrafiyası ilə bağlıdır...

Dörd arvad, 40 uşaq və təxminən 100 nəvə...

...bir misirli böyük bir ailəni necə idarə edir

Müəllimlər, maaşların azlığından, zorakılıqdan şikayət etməyin və...

...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...

Tatarıstan özünün halal laboratoriyasını yaratmağa hazırlaşır

Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi...

ABŞ kosmosda oyun qaydalarını dəyişir

Pentaqon həm müdafiə, həm də hücum imkanlarını inkişaf etdirir...

Ölümdən sonra insanı nə gözləyir?

Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?