PDF Oxu

Sosial

  • 696

Polkovniklər üçün yeni pensiya yaşı AÇIQLANDI

image

"Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". SİA Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, yeni islahat tədbirlərinin əsas istiqamətlərindən biri Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqqı sisteminin beynəlxalq standartlara və qabaqcıl ordu quruculuğu təcrübəsinə uyğunlaşdırılmasıdır.

Deputat qeyd edib ki, dəyişikliklər nəticəsində Müdafiə Nazirliyinin bütün hərbi qulluqçularının əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artırılacaq. Bu artımlar üçün illik 550 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulur.

A.Nağıyev bildirib ki, yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat faizliyi arasındakı əlaqə aradan qaldırılacaq. Pensiya fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsas götürülməklə formalaşacaq. Eyni zamanda hərbi qulluqçulara qulluq stajına görə əlavə əvəzinə sabit məbləğdə aylıq pensiya əlavəsi veriləcək və bu əlavənin məbləği hərbi rütbələr üzrə müəyyənləşdiriləcək.

Onun sözlərinə görə, hərbi qulluqçular üçün rütbələr üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiyaya çıxma yaşı kimi müəyyən ediləcək. Müddətdən artıq hərbi xidmət keçmiş gizirlər və miçmanlar, eləcə də kiçik zabitlər üçün 58 yaş, mayor və polkovnik-leytenant rütbələri üçün 58 yaş, polkovnik və ona bərabər rütbələr üçün isə 53 yaş nəzərdə tutulur.

Deputat vurğulayıb ki, yeni mexanizmlə hərbi qulluqçular daha uzun müddət xidmət etdikcə vəzifə və rütbələri, əməkhaqları, eləcə də pensiya kapitalları artacaq.

A.Nağıyev nümunə olaraq bildirib ki, 43 yaşında olan polkovnik-leytenant 25 il xidmət edibsə, yeni qaydalara əsasən 58 yaşında pensiyaya çıxa bilər. Həmin şəxs əlavə 5 il xidmət etdiyi müddətdə topladığı pensiya kapitalı hesabına gələcək pensiyasının məbləğini artıra bilər.

Deputatın sözlərinə görə, islahat hərbi qulluqçuların pensiya təyinatı sisteminin sadələşdirilməsinə, pensiyaların elektron qaydada və qısa müddətdə təyin olunmasına imkan yaradacaq.

O həmçinin qeyd edib ki, yeni qaydalar islahatdan əvvəl təyin edilmiş pensiyalara şamil edilməyəcək və həmin pensiyaların ödənişi əvvəlki qaydada davam etdiriləcək.

Mətləb

Digər xəbərlər

Yadplanetlilər həqiqətən qədim əcdadlarımızı ziyarət ediblərmi?

Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...

Alimlər insan üzünün gücünü izah ediblər

Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...

Putinin dövründə Rusiya məktəblərinin yarısını itirib..?

Qalanları isə “itaət fabriklərinə” çevrilir...

İmanla elmin ziddiyyət təşkil etmədiyini sübut edən maarifçi...

Onun ən məşhur əsərləri tatar xalqının tarixi və etnoqrafiyası ilə bağlıdır...

Dörd arvad, 40 uşaq və təxminən 100 nəvə...

...bir misirli böyük bir ailəni necə idarə edir

Müəllimlər, maaşların azlığından, zorakılıqdan şikayət etməyin və...

...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...

Tatarıstan özünün halal laboratoriyasını yaratmağa hazırlaşır

Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi...

ABŞ kosmosda oyun qaydalarını dəyişir

Pentaqon həm müdafiə, həm də hücum imkanlarını inkişaf etdirir...