Sosial

  • 2 801

Pandemiyadan sonrakı dövrdə bank faizlərinin aşağı düşəcəyi gözlənilir - PROQNOZ

image

"Azərbaycanda bank kreditlərinin faizlərinin aşağı salınması bu gün maliyyə sektoru üçün prioritet məsələlərdən biridir. Uzun müddətdir bank faizlərinin aşağı salınması və bu istiqamətdə təşviqedici metodlarla faizlərin tənzimlənməsi müzakirə olunur. Ona görə də bankların faiz dərəcələrinin aşağı salınması ilə bağlı fəaliyyətlərin davam etdirilməsi çox vacibdir". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.Ekspert bildirib ki, depozit faizlərinin buna uyğun olaraq müəyyənləşdirilməsi, xüsusən də sığortalanan depozit faizlərini müəyyənləşdiən zaman onların kreditlərə təsirinin müəyyənləşdirilməsi çox önəmlidir: "Bank sektoru üçün mövcud qanunvericilik və bu istiqamətdə aparılan işlərin əsas hədəflərindən biri faizlərin tənzimlənməsi və aşağı salınmasına nail olunmasıdır".V.Bayramov vurğulayıb ki, növbəti dövrlərdə, xüsusən də pandemiyadan sonra bank faizlərinin aşağı salınması ilə bağlı fəaliyyətlər daha da intensivləşdiriləcək və biz xüsusən də biznes kreditləri üçün faizlərin aşağı salınmasını müşahidə edə biləcəyik: "Ona görə də bu gün əsas hədəf faizlərin vətəndaşlarımızın ödəmə qabiliyyətinə uyğun olaraq müəyyənləşdirilməsi, növbəti mərhələlərdə isə daha stabil və uzun müddətli dövr üçün aşağı saxlanmasına nail olmaqdan ibarətdir. Bu baxımdan pandemiyadan sonrakı dövrdə bank faizlərinin aşağı düşəcəyi gözlənilir".

sia.az

Digər xəbərlər