Sosial

  • 2 072

Niderlandda minalanmış Azərbaycan əraziləri ilə bağlı bilbordlar yerləşdirilib

image

Niderlandda minalanmış Azərbaycan ərazilərilə bağlı bilbordlar yerləşdirilib Niderland Krallığında fəaliyyət göstərən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının bu ölkə üzrə əlaqələndiricisi Emil Əliyevin təşəbbüsü ilə 24 aprel tarixində Krallığın Berneveld şəhərində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalanmış torpaqlarımızla bağlı xəritənin Ermənistan tərəfindən hələ də verilməməsinə etiraz əlaməti olaraq bilbord yerləşdirilib. Bu barədə SİA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin məlumat verilib.

Bilbordlarda "Minalanmış torpaqlarımızın xəritəsini istəyirik", "İnsan ölümlərinə son qoyulsun", "Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir", "Ermənistan, müharibə cinayətlərini dayandır", "Uşaqlar mina qurbanı olmasın" kimi şüarlar yerləşdirilib.

Digər xəbərlər