Sosial

  • 3 452

"Yaşat" Fondu öz ali missiyasını davam etdirir

image

“Yaşat” Fonduna bu günə qədər fiziki şəxslər tərəfindən ödənilən vəsait 16 432 809.55 manat, hüquqi şəxslər tərəfindən ödənilən vəsait isə 19 875 065.09 manat təşkil edir. Fondun xərclədiyi vəsait 20 019 282.8 manat, Fondun büdcəsində qalan vəsait isə 16 288 591.84 manat təşkil edir.“Yaşat” Fondunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "YAŞAT” Fondu ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.“YAŞAT” Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Zamir İsmayılovun, İsmayıl Süleymanovun və Rəhman Nuriyevin əməliyyat xərcləri qarşılanıb.

yap.org.az

Digər xəbərlər