Abşeron rayonunun bir hissəsində və Sumqayıt stansiyası ərazisində gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq. SİA xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlumata görə, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.