Sosial

  • 2 802

“8 Noyabr” stansiyasından istifadə edəcək sərnişinlərin - NƏZƏRİNƏ!

image

""8 Noyabr” stansiyasına daxil olan sərnişinlər digər metro stansiyalarına keçmək üçün “Memar Əcəmi” stansiyasına gedərək yaşıl xəttə keçəcəklər”. SİA xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mərbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, “8 Noyabr”stansiyası 3 səviyyədən ibarətdir: “Sərnişinlər stansiyanın platformasına düşərək qatara minə biləcəklər. Bu stansiyanın mənzili “8 Noyabr”- “Avtovazğzal” stansiyalarını əhatə edir. “8 Noyabr” stansiyasında qatara minən sərnişinlər digər stansiyalara getmək üçün “Memar Əcəmi” metrostansiyasının bənövşəyi xəttindən Yaşıl xəttə keçid edərək ünvan başına gedə bilərlər. Bunun üçün sərnişinlər normal qaydada bir dəfə ödəniş edəcəklər. Stansiyalardan keçiddə əlavə ödəniş tələb edilmir”

Digər xəbərlər