Sosial

  • 4 585

“XXI əsrdə tibb və hüquq” mövzusunda beynəlxalq - KONFRANS

image

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun və “İnjuria” hüquq jurnalının birgə təşkilatçılığı ilə “XXI əsrdə tibb və hüquq” mövzusunda beynəlxalq onlayn konfrans keçirilir. SİA AMEA-ya istinadən bildirir ki, dünya təcrübəsində müstəqil hüquq sahəsi kimi formalaşan tibb hüququ Azərbaycanda hüquq elminin yeni sahəsidir. Belə ki, tibb hüququ tibbi fəaliyyət sahəsində sosial münasibətləri tənzimləyən, bir sıra hüquq normalarını özündə cəmləşdirən hərtərəfli hüquq sahəsidir. Bu sahənin inkişaf etdirilməsinin vacib olduğunu nəzərə alaraq, konfrans üçün bir çox təcrübəli hüquqşünas dəvət edilib.Bu gün başa çatacaq konfransda Azərbaycan, Türkiyə, İran və digər ölkələrdən dəvət olunmuş professorlar, vəkillər, tibbi müəssisələrin rəhbərləri, həkimlər, hüquqşünaslar iştirak edirlər.

sia.az

Digər xəbərlər