PDF Oxu

Sosial

  • 3 251

Suraxanı rayonunda şəhid Cavid Cabarzadə doğum günündə yad edilib - FOTOLAR

Suraxanı rayonunda şəhid Cavid Cabarzadə doğum günündə yad edilib - FOTOLAR

Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, RİH-in və YAP Suraxanı rayon təşkilatının nümayəndələri, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, şəhid anaları şəhid Cavid Cabarzadənin hərbiçi yoldaşları Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasında şücaət göstərən şəhidimizin xatirə bulağını ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyərək, onların qayğıları ilə maraqlanıb. Vətənimizə belə gərəkli övlad böyütdükləri üçün bir daha təşəkkür edib, şəhidimizin bizlərə əmanət qoyub getdiyi doğmalarının bundan sonra da hər zaman diqqət və qayğı ilə əhatə olunacağını bildirib.

II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş əsgər Cabarzadə Cavidin məzarının ziyarəti zamanı YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Salman Əbdülov şəhidimizin əziz xatirəsini bir daha yad edərək, təşkilat adından "Anım lövhəsi"ni şəhid ailəsinə təqdim edib. Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD

Digər xəbərlər