PDF Oxu

Sosial

  • 2 921

Gündəlik peyvənd olunanların sayı açıqlanıb

Gündəlik peyvənd olunanların sayı açıqlanıb

Avqustun 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 58 282 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 690, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 592 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 991 016, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 574 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 416 859 təşkil edir.

Digər xəbərlər