PDF Oxu

Sosial

  • 2 703

Nazirlik alpaka ilə bağlı araşdırmalara başladı

Nazirlik alpaka ilə bağlı araşdırmalara başladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) paytaxtda fəaliyyət göstərən "Zoobulvar" adlı obyektdə araşdırmalara başlayıb. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, sosial şəbəkələrdə “Zoobulvar” adlı mərkəzdə yaxşı olmayan şəraitdə saxlanıldığı deyilən alpakanın görüntüləri yer alıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilir.

"Bu barədə ictimaiyyətə əlavə məlumat təqdim olunacaq" - deyə, nazirlik bildirir.

Digər xəbərlər