PDF Oxu

Sosial

  • 3 028

"Bu günün Azərbaycan jurnalistikası üçün çox böyük önəmi var" - BAMF SƏDRİ AÇIQLADI

"Bu günün Azərbaycan jurnalistikası üçün çox böyük önəmi var" - BAMF SƏDRİ AÇIQLADI

“1958-ci ildən etibarən 8 sentyabr Beynəlxalq Jurnalist Həmrəyliyi günü kimi qeyd edilir. Bu günün tarixi slovakiyalı jurnalistin həyat tarixçəsi ilə bağlıdır”. Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, 1958-ci ildə onun ölümündən sonra Beynəlxalq Jurnalistlər Federasiyası bu günü Beynəlxalq Jurnalist Həmrəyliyi günü kimi qeyd olunmasına qərar vermişdir: “Bilirsiniz ki, müasir dövrdə jurnalistika ən təhlükəli peşələrdən birinə çevrilib. Bu gün dünyamızın 50-dən çox ölkəsində konfliktlər mövcuddur. Deportasiya patokları mövcuddur. Bundan əlavə jurnalistlərin peşəsi müəyyən araşdırmalarla bağlı olduğuna görə, müxtəlif ölkələrdə jurnalistlər tez-tez basqılara məruz qalırlar. İl ərzində ortalama götürdükdə təxminən 50-100 arası jurnalist bu və ya başqa şəkildə təzyiqlərə məruz qalır və yaxud da konflikt bölgələrdə dünyasını dəyişir. Bu il bildiyimiz kimi iyun ayında Azərbaycanın iki jurnalisti Kəlbəcərdə mina insidenti üzündən dünyalarını dəyişdilər. Əslinə qalanda biz öz jurnalist peşəsini həyata keçirərkən təhdidə, ölümə məruz qalmağın bariz nümunələrindən biridir. Bu məsələ ilə bağlı biz Azərbaycan jurnalistləri olaraq dünyanın əksər media qurumlarına müraciətlərimizi ünvanladıq. Bu gün dünyanın aparıcı media qurumları jurnalist təşkilatlarının gündəmində olan bir gündür. Hesab edirəm ki, bu günün həm Azərbaycan, həm də Azərbaycan jurnalistikası üçün çox böyük önəmi var".

Arzu Qurbanzadə

Digər xəbərlər