Sosial

  • 1 366

Ümumrespublika "Xəmsə" Festivalının VII mərhələsi keçirilib - FOTOLAR

image

Sentyabrın 21-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı və ölkəmizin cənub bölgəsinin rayonlarından olan gənclərin iştirakı ilə Ümumrespublika "Xəmsə" Festivalının VII mərhələsi keçirilib. SİA-nın verdiyi məlumata görə, festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən YAP Lənkəran şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Möhübbət Babayev “Nizami Gəncəvi İli”ndə keçirilən Ümumrespublika "Xəmsə" Festivalının əhəmiyyətini yüksək dəyərləndirərək, Lənkəran şəhərində festivalın keçirilməsinin region gənclərinin marağına və xüsusi fəallığına səbəb olduğunu söyləyib.

Sonra YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək bildirib ki, bu gün ölkəmizin cənub bölgəsində yaşayan gənclərin təhsilə, elmi biliklərə yiyələnməsi və eyni zamanda ictimai fəallığa malik olması çox önəmlidir. "Nizami Gəncəvi İli"nə həsr olunmuş Festivalın əsas hədəflərindən biri də məhz həmin gənclərin bu istiqamətdə inkişafına nail olmaqdır.

Lerik, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Yardımlı, Masallı, Lənkəran və Astara rayonlarını təmsil edən bitərəf və YAP üzvü olan gənclərdən ibarət komandaların iştirakı ilə keçirilən VII regional turun yekun nəticələrinə əsasən “Lənkəran” komandası festivalın final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, sentyabr ayının sonunadək davam edəcək Festivalın növbəti turu Mingəçevir şəhərində keçiriləcək.

Digər xəbərlər