Cəmiyyət

  • 510

Ov edən şəxslər cəzalandırılıb

image

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonu ərazisində ov edən iki şəxs saxlanılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov SİA-ya bildirib ki, brakonyerlərə məxsus 90-OS-913 dövlət nömrə nişanlı VAZ 21014 markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə qaragöz və adı "Qırmızı kitab"a düşən Qafqaz şahini aşkar edilib.

“Araşdırma zamanı qanun pozucularının Bakı şəhəri sakinləri Orxan Qurbanov və Ayxan Həsənov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
B.Məhəmmədovun sözlərinə görə, baytar nəzarətindən sonra quşlar təbiətə buraxılıb.

Digər xəbərlər