Cəmiyyət

  • 493

Masallıda poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib

image

22 sentyabr 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Şəhər 3 saylı tam orta məktəbin idman meydançasında yeniyetmə və gənclər arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Masallı rayon birinciliyi keçirilib.

Yarışın əsas məqsədi, yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və “Vətənin Müdafiəsinə Hazıram” poliotlon çoxnövçülüyünün payiz çağirişına həsr olunmuş zona birinciliyində iştirak etmək üçün rayon komandasına istedadlı gənclərin cəlb olunmasından ibarət olmuşdur.

Yarışa ciddi hazırlaşan komandalar birinci olmaq uğrunda gərgin mübarizə aparırdılar Komandalar 100 və 200 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növlərində güclərini sınayıblar.

Sonda Masallı rayon Ərkivan qəsəbə C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbin komandası l-ci yerə, Masallı şəhər şəhid R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbin komandası ll yerə və Masallı şəhər 3 nömrəli tam orta məktəbin komandası isə lll-cü yerə layiq görüldü.

Hər üç yeri tutan komandalar Masallı rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər