Cəmiyyət

  • 654

Ana südünü artıran qidalar

Süd verən analar nələr yeməlidir?

image

Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik.

Əmizdirmə dövrü analar üçün hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpənin sağlam böyüməsi və inkişafı üçün ən uyğun qidalanma üsuludur. Bu səbəbdəndir ki, süd verən analar qidalanmalarına üstünlük verməli və “Qalactogogues”(ana südünü artıran) qidalar seçim etməlidilər.

Qalactogogues, ana südünün ifrazını və miqdarını artıran bitkilərə, qidalara və dərmanlara verilən ümumi bir addır. Bu maddələrin bəziləri süd istehsal edən hormonu (prolaktini) atırsa da əksəriyyətinin təsir mexanizminə dair konkret məlumat yoxdur. Bu səbəbdəndir ki, qədim zamanlardan bəri yerli və ənənəvi yemək və içkilərdən südü artırmaq məqsədi ilə istifadə edilmişdir. Bu ənənəvi və təbii qidalar günümüzdə də süd verən bir çox ana tərəfindən seçim edilir. Lakin emizdirən anaların çoxunda süd olduğu üçün süd artırıcılara ehtiyac yuyulmaz. Çünki südün miqdarı tələb və təklif mexanizmindən asılı olaraq ifraz olunur. Bəs, kimlər süd artıran qidalar tələb etməlidilər:

1- Bütün dəstəyə baxmayaraq südü artmayan analar,

2. Erkən doğulan və ya çox uşaqlı analar,

3. Südü kəsilən analar

Süd artıran qidaların istifadəsinə başlamazdan əvvəl həkim dəstəyi qəbul etmək tövsiyə olunur. Çünki heç bir süd artıran qida bir başa südü artırmaz.

Ana südünü artırmaq üçün istifadəsi məsləhət görülən təbii bitkilər belədir:

-Təzə ağ üzüm: Gündə bir miqdar təzə ağ üzüm istehlak etmək ana südünü artırır.

- Şüyüd: Bu bitkinin tərkibindəki təsirli maddə ana südünü artırmağa kömək edər. Səhər və axşam yeməkdən əvvəl istehlak edilən şüyüd ana südünü artırır.

-Əncir (təzə və ya qurudulmuş): Səkkiz- doqquz ədəd quru əncir yarım litr xlorlu olmayan suda on dəqiqə qaynadılır. Gündə səhər və axşam olmaqla iki dəfə içilir.

-Əncir-yerkökü: Səkkiz-doqquz ədəd qurudulmuş əncir ikiyə bölünərək yarım litr xlorlu olmayan qaynar suya atılır. Beş dəqiqə qaynadıldıqdan sonra bir ədəd dilimlənmiş yerkökü əlavə edilərək daha üç dəqiqə qaynatılır. Süzülərək günortadan əvvəl və ya günortadan sonra bir stəkan içilir. Bu 21 gün təkrar edilir.

-Təzə ağ tut: bu məhsul da südü artırmaq üçün məsləhət görülür.

Qaynadılmış qurudulmuş tut da istifadə edilə bilər.

-Tut doşabı: ənənəvi üsullarla hazırlanmış tut bəhməzi ən güclü süd artıran qidalar arasında iştirak edir. Bu təbii və qatqısız olmalıdır.

Süd artırmaq üçün məsləhət görülən təbii qidaları istehlak etməzdən əvvəl nəzərə alınmalı olan məqamlar isə belədir:

-Hamilə qadınlar və ya körpələrini əmizdirən analar mövsümdənkənar yetişdirilən tərəvəz və meyvələrin istifadəsindən imtina etmilidilər.

- Əncir-yerkökü istisna olmaqla birdən çox süd artırıcı eyni vaxtda istehlak edilməməlidir. Ancaq bir süd artırıcını bir həftə istehlak etdikdən sonra zərurət olması halında başqa bir süd artırıcı istehlakı məsləhət görülür. Bunun heç bir yan təsiri olmaz. Məsələn, bir həftə təzə ağ üzüm istifadə etdikdən sonra bir həftə şüyüd və ya qurudulmuş əncir istehlak etmək olar. Sözügedən süd artırıcı məhsullara raziyanə, xurma, kərəviz, təzə kərəviz yarpaqları, balqabaq, çiyələyi də əlavə edə bilərik.

Kahı, sumak, raziyanə çayı, düyü, Hind küncütü, qoz, badam, fındıq, tahin- bəkməz, balıq, lobiyə və noxud, yumurta, kifayət qədər su, Yaşıl yarpaqlı tərəvəzlər də südü artırmaq məqsədi ilə istifadə edilir. Lakin bu məhsulların effektivliyi və təhlükəsizliyi ilə bağlı kifayət qədər araşdırmalar aparılmayıb. Baxmayaraq əksər hallarda analar tərəfindən istehlak edilirlər. Ancaq körpələrini emizdirən analar bu məhsulları istifadə etməzdən əvvəl həkimləri ilə məsləhətləşməli olduqlarını unudmamalıdılar.