Sosial

  • 1 430

Şəhid və qazi övladları yad edildi - FOTOLAR

image

Şəhidlər bizim üçün nə qədər əzizdirsə, şəhid övladları da bizim üçün o qədər əziz və doğmadır. SİA xəbər verir ki, 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin bizlərə yadigar qoyduğu övladlarını yad etmək, qayğısına qalmaq hər birimizin vətəndaş borcudur.

Həmişə olduğu kimi, bu gün də YAP Gəncə şəhər təşkilatının üzvləri şəhid ailələrini,qaziləri ziyarət edib, şəhidlərimizin valideyinləri, ailə üzvləri ilə səmimi həmsöhbət oldular.

Məktəblərin açılışı ilə bağlı şəhid və qazi övladlarına lazım olan bəzi məktəb ləvazimatları hədiyyə etdilər. Diqqətə çatdırıldı ki, Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri, qazilər, Müzəffər Ordunun qalib əsgərləri daima Yeni Azərbaycan Partiyasının xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Digər xəbərlər