PDF Oxu

Sosial

  • 3 579

Masallıda şəhidlərin məzarı ziyarət edilib - FOTOLAR

Masallıda şəhidlərin məzarı ziyarət edilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının rəhbərliyi və əməkdaşları, rayon İcra Hakimiyyətinin nümayəndələri və YAP fəalları Masallı şəhərindən Şəhid əsgər Seyfullayev Araz Elsevər oğlu, Güllütəpə kəndindən Şəhid əsgər Təhməzov Şəmsəddin Sərvər oğlu və Çaxırlı kəndindən Şəhid MAXE Bağırov Namiq Nurəddin oğlunun anım günündə məzarlarını ziyarət ediblər.

Tədbirdə Vətən müharibəsindən, son 200 illik Azərbaycan tarixinə adı qızıl hərflərlə yazılan Böyük Sərkərdə, Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazanılan Qələbə, Vətən yolunda canını fəda etmiş şəhidlərimiz, qələbədə misilsiz payı olan qazilərimiz haqqında fikirlər səsləndirilib.

Digər xəbərlər