Sosial

  • 3 851

Qasımlı kəndində mərasim evi istifadəyə verilib - MASALLIDA

image

El bir olsa dağ oynadar yerindən... Qasımlıda da el birliyi, söz birliyi nurlu işlərə, xeyirxah əməllərə yol açıb. Yollar təmir olunub, səliqə-sahman yaradılıb, quruculuq işləri görülüb.Bu günlərdə, şəhidlərin anım günündə kənd məscidinin həyətində daha bir xeyriyyə tədbirinə rəvac verilmişdir. Burada 400 nəfrəlik mərasim zalı istifadəyə verilmişdir.Mərasim zalının açılmasında kənd sakinləri, qonşu kəndlərdən gələnlər iştirak etmişlər. Onlar bu vacib tikilinin olması pandemiya dövründə çox gərəkli idi. Onu ərsəyə gətirənlərə təşəkkür edirəm. Başqa kəndlərdə də bu mərasim evinin olması vacibdir.Çıxış edənlər bu zalı ərsəyə gətirənlərə minnətdarlıq etmişlər.Diqqətə çatdırılmışdır ki, mərasim evinin tikintisinə rəhbərlik edən xeyriyyəçi, kənd bələdiyyəsinin fəal üzvü İbrahim Məmmədhüseyn oğlu Şükürovun əməyi çox olub. Eyni zamanda mərasim evinin tikintisində maddi köməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədov, kənd xeyriyyəçilərinin, Rusiyayada, xüsusilə RF-nin qəhrəman şəhər Murmansk şəhərində yaşayan eloğluların əməyi yüksək dəyərləndirilmişdir.Kənd dindarları bu xeyriyyəçiliyə xeyir-dua vermiş, mərasim tədbirlərinin keçirilməsində əvəzsiz olduğunu bildirmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV,
HƏSƏNAĞA ƏLİYEV

Digər xəbərlər