PDF Oxu

Sosial

  • 3 004

Zəhərlənənlərin əksəriyyəti uşaqlardır

Zəhərlənənlərin əksəriyyəti uşaqlardır

Misirin Qırmızı dəniz sahilində yerləşən Xurqada kurort şəhərindəki otellərindən birində zəhərlənən rus turistlərin sayı artmaqdadır. Qeyd edək ki, Misirin Turizm Palataları Federasiyası zəhərlənənlərin sayının artıq 40 nəfəri keçdiyini etiraf edib.

Onu da bilirək ki, bir müddət əvvəl 30-a yaxın rusiyalının xəstəxanalara eyni simptomlarla müraciət etdiyi bildirilirdi: yüksək hərarət, ürəkbulanma, qusma və ishal. Maraqlıdır ki, onlar oteldə nahardan sonra özlərini pis hiss ediblər. Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlərin əksəriyyəti uşaqlardır.

Xəstəxanaya yerləşdirilən otel sakini olan rus turistlərindən biri “RİA Novosti”yə bildirib ki, şənbə günü onlar polis və şəhər rəhbərliyi tərəfindən dindirilib. Qadının sözlərinə görə, hakimiyyət antisanitar şəraitlə bağlı otelə qarşı cinayət işi açmağı planlaşdırır.

Ağasəf

Digər xəbərlər