PDF Oxu

Sosial

  • 2 754

Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib

Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i ölkəmizdə “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb.Bu münasibətlə 8 noyabr 2021-ci il tarixində Qaradağ rayonunda Qaradağ Rayon İcra Hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə Bakı dairəvi yolunun 8-ci kilometrliyində,”Sədərək” Ticarət Mərkəzinin yaxınlığındakı dağın ətəyində ölkədə tətbiq olunan karantin rejimi qaydalarına uyğun təşkil olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkili Aydın Hüseynov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev və aparatın əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.Rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi həmin ağacəkmə kampaniyasında ümumilikdə 900 ədədən çox müxtəlif növ ağac əkilib. Əkilən ağacların fasiləsiz olaraq suvarılması üçün damcı ilə suvarma sistemi quraşdırılıb.

sia.az

Digər xəbərlər