PDF Oxu

Sosial

  • 2 682

Tələbələr və gənclər erməni təxribatları barədə NƏ DÜŞÜNÜR? - SORĞU

Tələbələr və gənclər erməni təxribatları barədə NƏ DÜŞÜNÜR? - SORĞU

Tələbə Fəzail Fərəcov: “Azərbaycan qalib dövlət olaraq Ermənistana sülh müqaviləsi imzalanmasını təklif etməsinə baxmayaraq Ermənistan mənfur əməllərindən əl çəkmir. Onlar sərhədlərimizdə və Qarabağ bölgəsində təxribat törətməyə çalışırlar. Amma başa düşmürlər ki, bu kimi addımlar boş yerədir. Bu cür təxribatlarla onlar heçnə əldə etmirlər və etməyəcəklər. Biz onlara dəfələrlə şans verdik. Lakin onlar bu şansı dəyərləndirmədilər. Əksinə bu cür təxribatlar törətməklə Azərbaycan tərəfinin cavabsız qalacağını hesab edir. Amma Ermənistan tərəfinin bu cür təxribatları cavabsız qalmayacaq”.

Tələbə Nəzrin Vahid: “Ermənistan Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini həzm edə bilmir. Ona görə də bu cür təxribatlara əl atır. İstər işğaldan azad olunmuş əraziləri tərk edərkən eko-terrorun törədilməsi, istərsə atəşkəsi pozmaq kimi aktlara əl atmaları və beynəlxalq arenada əsassız iddialar irəli sürərək Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar. Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgərlərimiz səbəblərindən asılı olmayaraq cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə layiqincə cavab verib. Onlar hələ də başa düşmür ki, Qarabağ Azərbaycanım sərhədləri daxilindədir. Düşünürəm ki, biz ermənilərin bu təxribatlarına çox ağır şəkildə cavab verəcəyik”.

Tələbə Samir Məcidov: “Görünür ki, Ermənistan keçən il baş verən müharibədəki məğlubiyyətindən dərs götürməyib. Ermənilərin təxribatları ucbatından biz 7 şəhid verdik. Onların qanı yerdə qalmayacaq. Biz bu təxribatlara çox ağır şəkildə cavab verəcəyik. Onların bu addımı cavabsız qalmayacaq. Biz hələ ki, sakitliyimizi qoruyuruq. Amma bu o demək deyil ki, onların bu hərəkəti cavabsız qalacaq. Bu səfər dəmir yumruq onlara çox ağır zərbə vuracaq. Allah şəhidlərimizə rəhmət eləsin”.

Tələbə Bənövşə Feyziyeva: “Biz erməni təxribatlarının dəfələrlə şahidi olmuşuq. Hər zaman torpaqlarımızın bütövlüyünü pozmağa çalışıblar, bu təxribatlar nəticəsində dinc əhali canından olur, şəhidlər veririk. Təbii ki, bu təxribatlar cavabsız qalmayacaq, biz doğru zamanı gözləyirik. Hər zaman doğru zamanı gözləmişik. Elə bilməsinlər ki, hələ də arxalarında hansısa dövlətlər var”.

Tələbə Elmin Alışov: “Bildiyimiz kimi , dünən yenə də qarşı tərəf sakit dayanmadı və sərhədlərimizdə təxribat törətdilər. Biz onlara dəfələrlə sülh üçün addım atmağa çalışdıq. Lakin onlar bunu dəyərləndirmədilər. Üstəlik yenidən təxribatlar törətməyə başlayıblar. Amma bundan əvvəl olduğu kimi yenə də lazımi cavablarını alacaqlar. Onların törətdikləri bu vəhşiliklər hər zaman olduğu kimi indi də cavabsız qalmayacaq”.


Tələbə Okyanus Rzayev:
“Bu gün biz yenidən 7 şəhid verdik. Şəhid xəbərini yenidən almaq çox dəhşətdir. Çünki biz güman edirdik ki, artıq hər şey bitib. Ancaq bunlar öz mundar əməllərindən, alçaqlıqlarından yenə də əl çəkmədilər. Lakin mən inanıram ki, biz bunların öhdəsindən yenə də layiqincə gələcəyik. Öz dəmir yumuruğumuzla yenə onların başını əzəcəyik”.


Tələbə Gülcahan Məmmədova:
“Düşünürəm ki, erməni təxribatında nəinki ermənilərin hətta onlara dəstək çıxanların da, kömək edənlərin də onlar qədər günahı var. İllər keçsə belə onlar bu təxribatlardan, bu iyrənclikdən əl çəkməyəcəklər. Mən bütün dünya xalqlarını birlik olmağa çağırıram. Gəlin biz bir olaq və bütün bunların kökünü kəsək. Bu gün bizə bunları edənlərin sabah kimə nə edəcəklərini bilmirik”.


Tələbə Mehri Qurban:
“Dünən Ermənistan tərəfindən sərhədlərimizdə yenidən təxribatların törədilməsi, qarşı tərəfin bizim qələbəmizi, illər sonra öz torpaqlarımıza qayıtmağımızı həzm edə bilməməklərinin nəticəsidir. Hərçənd ki, illərdi etdikləri təxribatların ardı-arası kəsilməsə də biz dəfələrlə humanistliyimizi göstərmiş və onlara sülh təklif etmişik. Lakin bu təklifi dəyərləndirməməklə heçnə əldə etmədikləri kimi, eyni zamanda sonunda haqqın qazanmasını görmək də onlar üçün yetərli qədər çətin bir prosesdir. Elə bunun nəticəsidir ki, yenidən təxribatlara başlayıblar. Amma həmişə olduğu kimi yenə də cavablarını layiqincə alacaqlar”.

Arzu Qurbanzadə

Digər xəbərlər