Sosial

  • 1 642

Azərbaycanda xidmət sahələrində 400 mindən çox iş yerləri var - Səttar Möhbalıyev

image

Azərbaycanda xidmət sahələrində 400 mindən çox hazır iş yerləri var. SİA-nın məlumatına görə, bunu deputat Səttar Möhbalıyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.O qeyd edib ki, bununla bağlı monitorinq keçirilib: “Biz AHİK olaraq 3 il əvvəl apardığımız monitorinqə əsasən, Azərbaycanda xidmət sahələrində 400 mindən çox hazır iş yerləri var”, - deyə deputat bildirib.O vurğulayıb ki, qanunvericiliyə əsasən, Azərbaycanda iş saatı 8 saatdır: “Bunu iqtisadi qurumlar həmin yerlərdən tələb etməlidit ki, 2 növbəli iş sisteminə keçid etsinlər. Bu işsizliyin aradan qaldırılmasına, daxili miqrasiyanın azalmasına səbəb olacaq. Həmin sahələrdə insanlar 16-17-18 saat işlədilir. Buna nəzarət artırılmalıdır”, deyə S.Mehbalıyev vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Digər xəbərlər