Sosial

  • 2 912

Siyəzəndə ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

image

Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü Siyəzən rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd olunub. Tədbirdə Siyəzən rayon məhkəməsinin sədri Bəylər Ələkbərov, Icra və Probasiya şöbəsinin rəisi Elnur Piriyev, Dövlət Notariusu Kamran Muradov, həmçinin fəxri qonaq kimi Siyəzən rayon prokuroru Ramil Əliyev, digər dövlət orqanlarının əməkdaşları, o cümlədən rayonun fəalları Cavanşir Kazımov və veteran ədliyyə mayoru İlqar Quliyev iştirak etmişlər. Tədbirdən öncə Siyəzən rayon icra hakimiyyətinin qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstələri düzmüşlər.

Daha sonra ağacəkmə aksiyası keçirilmişdir. Tədbir Siyəzən rayon məhkəməsinin inzibati binasında xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilib. Çıxışlardan öncə Ümummilli Liderimiz Heydər Əliyevin və Qarabağ şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon məhkəməsinin sədri peşə bayramı münasibətilə kollektivi təbrik edib və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun Vətən müharibəsində 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsindən danışmışdır.

Siyəzən rayon prokuroru Ramil Əliyev də çıxışında bütün ədliyyə işçilərini təbrik edərək ədliyyə işçisi olmağın qürurverici oduğunu vurğulamışdır. İcra və Probasiya şöbəsinin rəisi Elnur Piriyev çıxışında bütün tədbir iştirakçılarını təbrik etmiş, ikinci Qarabağ müharibəsində əldə olunan möhtəşəm zəfərlə bağlı bu il peşə bayramının daha ruh yüksəkliyi ilə qeyd edildiyini bildirmişdir. Vətən müharibəsində döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək şəhidlik zirvəsinə yüksəlmiş nazirliyin əməkdaşı, I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilov barəsində məlumat verərək , onun ailəsinə dövlət tərəfindən qayğı göstərildiyini, onun həyat yoldaşının ədliyyə orqanlarına işə qəbul olunduğunu və bu diqqət və qayğının Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədovun ədliyyə işçilərinə olan qayğısının nəticəsi olduğunu bildirmişdir.

Daha sonra veteran ədliyyə mayoru İlqar Quliyev Ədliyyə nazirliyinin tarixindən, keçdiyi şərəfli yoldan bəhs etmişdir. Tədbirdə rayon fəalları, ədliyyə könüllüləri, vəkillər çıxış edərək öz təbriklərini və ürək sözlərini çatdırmışlar.

Digər xəbərlər