Sosial

  • 2 002

Göyçayda şəhidlərimizin əziz xatirəsi yad edildi

image

89 saylı Göyçay-Ağdaş seçki dairəüsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində şəhid olmuş igidlərimizdən Səmidli Babək Mətləb oğlunun Göyçay rayonunda keçirilən anım günü mərasimində iştirak edib.

Şəhid Babək Səmidlinin Göyçay rayon Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra Məzahir Əfəndiyev tərəfindən Göyçay şəhər 6 saylı Tam Orta Məktəbdə şəhid Məmmədov Vasif Əlibala oğlunun doğum günü anılaraq şəhidimizin əziz xatirəsi yad edilib. Milllət vəkili İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyini, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Həmçinin deputat Göyçayda şəhid Vidadi Xəlilov və Maarif Həsənovun ailələrini ziyarət edib.

Ziyarətlər zamanı müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən, bu Zəfərin əldə olunması üçün canlarını fəda etmiş şəhidlərin keçdiyi döyüş yolundan, onların Vətən torpağının azadlığı uğrunda göstərdikləri şücaətlərindən danışılıb.

Deputat şəhid ailələrinin qayğıları ilə də maraqlanıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı, bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşməsi haqda bir sıra məsələlərə aydınlıq gətirib.

Qeyd edək ki, şəhidpolkovnik Babək Səmidli Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Zəfər" ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid polkovnik-leytenant Vidadi Xəlilov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhid Məmmədov Vasif və Həsənov Maarif Vətən Müharibəsində göstərdikləri şücaətə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümlərindən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Digər xəbərlər