Sosial

  • 1 536

Pulu əsasən nəyə xərcləyirik? -SORĞU

image

Kimimiz maaş alırıq, kimimiz təqaüd. Bəs, pulu əsasən nəyə xərcləyirik? Məsələni araşdırmaq üçün paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:

Paytaxt sakini İsmayıl Musayev: “Mən hazırda daha çox təhsilə pul xərcləndiyini düşünürəm. Mən də pulu daha çox övladlarımın yaxşı təhsil almalarından ötrü xərcləyirəm. Onların daha savadlı yetişməsi üçün valideyin borcunu yerinə yetirirəm”.

Paytaxt sakini Alsu Aşurova: "Mən tələbəyəm, daha çox kitaba, paltara pul xərcləyirəm. Tələbə yoldaşlarımla gəzintiyə və bu qəbildən şeylərə pul xərcləyirəm"

Paytaxt sakini Əmin Əmizadə: “Mən futbolla məşğul oluram. Gələcəyim üçün hansısa yatırım etmirəm. Daha çox gündəlik tələbatlarıma pul xərcləyirəm. Maşın kimi əlavə xərc tələb edən vasitəm yoxdur. Ancaq öz günlük tələbatıma uyğun pul xərcləyirəm".

Paytaxt sakini İqor Qasımov: “Mən daha çox ərzağa pul xərcləyirəm. Orta statistik vətəndaşların gəlirləri deyə bilərəm ki, əsasən kommunal xərclərə və yeyinti məhsullarına xərclənir. Daha yüksək gəlirli insanlar isə, əlbəttə ki, daha artıq şeylərə pul xərcləyə bilər”.

Paytaxt sakini Toğrul Vəkilov: “Əlimizə pul düşəndə dostlarımızla birlikdə gəzirik. Restoran və kofelərdə yeyib içirik. Ailəmizə pul lazım olduqda onlara pul xərcləyirik. Daha çox özümüzün günlük həyatına yatırım edirik.

Paytaxt sakini Adil Məmmədov: “Daha çox mən gəzintiyə pul xərcləyirəm. Dost-tanışla gəzintiyə çıxırıq. Restoranda və kofedə yeyib-içirik. Yəni daha çox özüm üçün xərcləyirəm”.

Paytaxt sakini Asiyə Kərimova: “Mən təqaüdçüyəm. Pulu daha çox özüm üçün və nəvələrim üçün xərcləyirəm. Öz yeməyimə və əyin-başıma xərcləyirəm. Yəni əlavə bir xərcim yoxdur”.

Paytaxt sakini Cəmilə Atakişiyeva: “Düşünürəm ki, pul daha çox övladlarımızın təhsilinə xərclənir. Hər bir valideyin istəyir ki, onun övladı yaxşı təhsil alsın və gələcəkdə çox yaxşı bir həyat qursun. Bunun üçün də uşaqların savadlı böyüdülməsi vacibdir”.

Digər xəbərlər