Noyabrın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 335 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 331 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. DİN-dən SİA-ya verilən məlumata görə, monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 70 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Psixoloqlara görə, öz kimliyinin çevik qavranılması insanların dəyişikliklərə daha asan uyğunlaşmasına, emosional tarazlığı qorumasına və yeni ideyalar kəşf etməsinə kömək edir...
Bu mövsüm ayaq biləyi çəkmələri hansı dəyişikliklərə məruz qalıb və stilistlər ağ idman ayaqqabılarının əvəzedicisi kimi indi nə təklif edirlər?
Cinayət hekayələri və detektivlərin pərəstişkarları analitik bacarıqlarını sınaya bilərlər...