PDF Oxu

Sosial

  • 7 406

Daun sindromlu uşaqların təlim-tərbiyəsi necə olmalıdır? - MARAQLI MƏQAMLAR - PSİXOLOQ AÇIQLADI

image

"Uşaqlarda daun sindromu xromosom patologiyasının pozulması nəticəsində əmələ gəlir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq-loqoped Könül Əhmədova deyib.

Onun sözlərinə görə, daun sindromlu uşaqlar digər uşaqlardan gözlərinə, əllərinə, boylarına və onların xüsusi görünüşlərinə görə, seçilirlər: "Daun sindromlu uşaqların əqli inkişafı digər uşaqlardan çox fərqlənir. Daun sindromlu uşaqların hər hansı bir tərbiyəsi və təlimi ilə məşğul olarkən onların dərəcələrinə fikir vermək lazımdır ki, daun sindromlu uşaq hansı səviyyədədir. Buna mütləq şəkildə diqqət yetirmək lazımdır. Bu cür uşaqların fiziki baxımından tutmuş, bioloji baxımına kimi yeməyinə və onların həyat tərzinə fikir vermək lazımdır".

Könül Əhmədova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, daun sindromlu uşaqlarda böyrək çatışmazlığı və ürək qüsurları özünü büruzə verir və onlar daim bundan əziyyət çəkirlər: "Buna görə də bu cür uşaqlara xüsusi tətbiq proqramı lazımdır. Yəni loqopedik, psixoloji, gimnastik, gündəlik həyat rejimi olan bir proqram seçilir və bu proqrama uyğun təlimlər aparılır. Daun sindromlu uşaqlar əsasən onlara qarşı sevginin daha çox göstərilməsini istəyirlər. Bu səbəbdən onlar tez-tez xəstələnirlər. Onların burunlarında, qulaqlarında infeksiyalar, qulaqda isə eşitmə problemi yaranır. Bununla yanaşı eşitmə problemləri olduğu üçün onların danışmağı, əqli inkişafı biraz gecikir. Daun sindromlu uşaqlarda kommunikativ inkişaf daha çox tövsiyə olunur. Valideynlər əsasən onlarla emosiya ilə danışmalı, onlardan sevgilərini əsirgəməməlidir. Bacardıqları qədər onları öz həyat tərzinə alışdırmalıdırlar. Əgər, uşağın üzərində mütəmadi olaraq kommunikativ tatbiqlə işlənilsə, təbii ki, bu öz effektini verəcək".

Arzu Qurbanzadə

Digər xəbərlər