Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb. SİA-nın xəbərinə görə, hadisə bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş verib.
Belə ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.