PDF Oxu

Sosial

  • 5 764

Övladı olmayanlar nə etməlidir? - DİN XADİMİ AÇIQLADI

Övladı olmayanlar nə etməlidir? - DİN XADİMİ AÇIQLADI

“Əlbəttə ki, Allah-təala hər birimizin boynuna bir vəzifə qoyub. Bir insan olaraq necə bu həyatı yaşayırıqsa eləcə də insanlıq vəzifələrimiz var”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

“O vəzifələrdən biri də ailə həyatı qurmaqdır. Peyğəmbərimiz buyurur ki, kimin ailə qurmağa qüdrəti, maddi, mənəvi, fiziki imkanı varsa həmin şəxs mütləq şəkildə ailə qurmalıdır. Həmin insan ailə qurmasa deməli bizdən deyil, birmənalı olaraq İslamın qanunlarını pozmuş olur. Təbii ki, biz dünyaya gəlmişik. Allahın bizi öz neməti olaraq hər hansı bir ailəyə övlad olaraq bəxş edib. Eləcə də bizim də boynumuza vəzifə odur ki, biz də övladlar böyüdək, onları tərbiyə edək və cəmiyyət üçün dəyərli şəxsiyyətlər, fərdlər, cəmiyyətə xeyir və fayda verən insanlar bəxş edə bilək. Ola bilər ki, bu hallar da var ki, hər bir ailənin övlad payı ona nəsib olmur. Bunun təbii ki, tibbi, ruhi, psixoloji səbəbləri var. Bunu mütəxəssislə araşdırırlar. Burada da bir Allahın sirri, hikməti var. Çünki, səbəbsiz heç nə yoxdur. Quran məntiqi ilə hər bir şeydə xeyir və səbəb var. Məsələn bir gün Allah mənə övlad veribsə, mən bunu Allahdan istəyirəmsə dualarımızda bunu etməliyik ki, "Allah-təala, mənə xeyirli övlad nəsib et. Əgər o mənə baş ucalığı gətirməyəcəksə onu mənə nəsib etmə".

Həqiqətən də bu dua gözəl bir dua, gözəl bir istəkdir. Təbii ki, həyatda imtahanlar da var. Bu imtahanlar mal ilə, övlad ilə, həyat tərzi ilə mümkün olan məsələdir. Bəli, bəzi ailələrin övladları olmur, onlar çalışırlar, araşdırırlar, həkimə müraciət edirlər. Bunu dinimiz buyurur ki, övlada sahib olmaq üçün insan bacardığı qədər səy göstərməlidir. Həkimə müraciət etmək lazımdırsa mütləq şəkildə etməli və tibbi imkanlardan istifadə etməlidir. Bəzən görürük ki, tibbi addımlar atılır, həkimə, təbibə müraciət edilir. Lakin yenə də övlad sahibi ola bilmirlər. Bəzən araşdırmalarda tibb mütəxəssisləri deyirlər ki, övladın olmaması ya kişi tərəfdəndir və yaxud qadın tərəfdəndir. İnsanların övlada sahib olmaq kimi bir haqqı var. O zaman dinimizdə bu nə dərəcədə tənzimlənir və necə hökm qoyulur? Əlbəttə, Allah-təala bəxş edib ki, kişi və qadın bir vəhdətdə tərəflərin razılığı ilə ailə qursunlar. Çünki, zor və güclə tərəfləri evləndirmək olmaz. Dinimizdə onlar üçün kəsilən dini kəbində kəbin hesab olunmaz, bu qeyri-qanuni olar. Hər iki tərəf izdivaca razı olmalıdır. Lakin tərəflərdən biri övladın olmaması ilə razılaşarsa onlar birlikdə yaşaya bilərlər. Bəzən görürük ki, tərəflər razılığa gəlmir və böyüklər də onlara nəyisə məsləhət edir. Onlara isə şəriət məhdudiyyət qoymur və bu ixtiyaridir. Elə ailələr də var ki, övlad nəsib olmur, onlar körpələr evindən uşağı övladlığa götürə bilirlər. Bunlar həyatda olan məsələlərdir. Lakin övladı yoxdur, Allah onlara övlad bəxş etmir fikrini tərəflər normal başa düşə bilsələr yaxşı olar”.

Digər xəbərlər