Sosial

  • 1 611

Ötən il muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinə müraciət edən şəxslərin məmnunluğunun təmin olunması daim diqqətdə saxlanılıb

image

Ötən il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 1839, yenidən rəsmiləşdirilməsi üçün 10, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 7, yenidən rəsmiləşdirilməsi üçün 1, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 489 müraciət daxil olub.Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu faktları 2021-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev deyib.Şahin Nəbiyev qeyd edib ki, 2021-ci il ərzində miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 2 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq xidmətin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində saxlanılıb. Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqətiolma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı, ümumilikdə, xidmətə 6376 müraciət daxil olub. Həmin müraciətlərdən 3605-i əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı olub. Müraciətlərdən 2427-si şəxsən, 1178-i isə Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və “Elektron hökumət” portalına daxil olub.Vurğulanıb ki, bütün parametrlər üzrə əldə edilən davamlı və dayanıqlı inkişaf, eyni zamanda təhlükəsizlik və əmin-amanlıq sayəsində muxtar respublikada yaşamaq, işləmək və təhsil almaqla bərabər, ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı da hər ötən il artmaqdadır. Həyata keçirilən tədbirlərin məntiqi nəticəsi kimi 2021-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 3 müraciət daxil olub. Həmin müraciətlərdən 2-si icra edilib, 1-i isə hazırda icra mərhələsindədir. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ölkə Prezidentinin imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq vətəndaşlığa qəbulla bağlı müraciət etmiş şəxslərin andiçmə mərasimi keçirilib.“Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclisin Sədri tərəfindən qarşıya qoyulan vəzifələr vaxtında və dəqiq yerinə yetiriləcək, miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində maksimum qüvvə və səy göstəriləcək”, - deyən xidmət rəisi bildirib ki, Dövlət Miqrasiya Xidmətinə müraciət edən şəxslərin məmnunluğunun təmin olunması daim diqqətdə saxlanılmaqla, bundan sonra da xidməti fəaliyyət müasir tələblər səviyyəsində davam etdiriləcək.Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.
AZƏRTAC

Digər xəbərlər