Sosial

  • 1 622

Keçən il Qəbələnin otel və mehmanxanalarında yerləşən turistlərin sayı 43,7 faiz artıb

image

2021-ci ildə Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 83 min 534 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 70 min 623 nəfəri və ya 84,5 faizi Azərbaycan, 12 min 911 nəfəri və ya 15,5 faizi xarici ölkə vətəndaşı olub.Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.Bildirilib ki, ötən il Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2020-ci illə müqayisədə 25 min 418 nəfər və ya 43,7 faiz artıb. Həmin müddətdə yerli turistlərin sayında əvvəlki illə müqayisədə 21 min 843 nəfər və ya 44,8 faiz, əcnəbi turistlərin sayında isə 3 min 575 nəfər və ya 38,3 faiz artım qeydə alınıb.İdarədən verilən məlumata əsasən, 2021-ci ildə Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları yenə də üstünlük təşkil edib. Belə ki, ötən il bu ölkənin 4 min 297 vətəndaşı Qəbələyə gəlib. Ümumiyyətlə, 2021-ci ildə Qəbələyə Səudiyyə Ərəbistanından 1720, Hindistandan 963, Türkiyədən 710, Rusiyadan 674, Qətərdən 467, İsraildən 427, Pakistandan 324, Böyük Britaniyadan 177, ABŞ-dan 167, Bəhreyndən 167, İrandan isə 166 turist gəlib. Qəbələyə gələn əcnəbi turistlərin 2652 nəfəri isə digər ölkələrin vətəndaşları olub.Keçən il rayon ərazisində 15 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 1015 yerdir. Ötən il otel və mehmanxanalarda 28 min 4 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 67,9 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.
AZƏRTAC

Digər xəbərlər