Sosial

  • 12 677

Təbii daşların nə kimi özəlikləri var? - FOTOREPORTAJ

image

Təbiət zənginliklərlə doludur və dolayısı ilə bu zənginliklər dünyanı gözəlləşdirir. Allahın bəxş etdiyi bu gözəlliklər içində təbii minerallar (daşlar) xüsusi yer tutur. Təbii minerallar insan orqanizminə təsiri ilə alimlərin də diqqətini çəkmiş, təbii minerallar ilə müalicə üsulu son zamanların ən aktual movzusuna çevrilmişdir. Nə qədər birmənalı yanaşılsa da bu inkar edilməz bir faktdır. Mövzu ilə bağlı SƏS İnformasiya Agentliyi olaraq paytaxt Bakının "Tarqovu" deyilən ərazisində, yəni Fəvvarələr Meydanında yerləşən "AQAT" mağazasına üz tutduq.

Mağazanın satıcısı Nuranə İsmayılova bizə təbii daşlar haqqında məlumat verdi.

Onun sözlərinə görə, "AQAT" mağazasında 100-dən çox təbii daş növü mövcuddur. Əsasən daşlar xaricdən gəlir. Təbii daşların içərisində ən populyar və insan sağlamlığı üçün önəmli daş "AQAT" (Əqiq) daşıdı. Bu daşın bir sıra özünə məxsus xüsusiyyətləri var. "AQAT" daşı insanları bəd-nəzərdən qoruyur, ağırlıqı götürür, uğur gətirir. "AQAT" daşı müxtəlif boyda olur və qiyməti 5 AZN-dən başlayır. Mağazaya gələn hər bir müştəriyə "AQAT" daşı məsləhət görülür. Çünki bu daş insan orqanizmi üçün çox xeyirli əhəmiyyətə malikdir. "AQAT" daşından başqa eyni zamanda əqiq daşından ibarət suvenir ağaclar da mövcuddur. Bizim mağazamızda hər bir daşın müxtəlif növləri var. Buna görə də, siz həmin daşlardan müxtəlif zinnət əşyası kimi istifadə edə bilərsiniz. Təbii daşlardan hesab olunan kəhraba daşı var ki, əsasən zob xəstəliyindən əziyyət çəkən insanlar bu daşlardan isdifadə edir. Bununla yanaşı onu deyə bilərəm ki, bürclərə inanan insanlar, təbii daşların gücünə də inanır. Mağazamızda hər bir bürcə uyğun olaraq təbii daşlar var.

Məsələn, əkizlər bürcünün daşı - "AMETİS", "AQAT" və "SİTRİN" daşıdı.

Qoç bürcünün daşı - "YAŞMA", "AQAT", "KRİSTAL" və s.

Şir bürcünün isə "AVENTURİN", damarlı əqiq, pişik gözü və s.

Mağazamızda eyni zamanda daşların xüsusiyyətlərindən və özəlliklərindən bəhs edən kitabçalarımız da, mövcuddur. Müştərilər mağazamızdan hər hansısa bir daşı aldıqda həmin insana o kitabçada təqdim olunur. Demək istərdim ki, elə insanlar var ki, üzərlərində təbii daş gəzdirməyi sevmirlər. Belə olduğu halda da, evdə istifadə etmək üçün onlara müəyyən təbii daşları məsləhət görürük. Belə daşlara əsasən "AMETİS" daşını misal göstərmək olar. "AMETİS" daşından meditasiyada və ya masaj otaqlarında istifadə olunur. Çünki bu daş insanın əsəb sistemini sakitləşdirərək, onlara rahatlıq bəxş edir. Bu daşın qiyməti 300 manatdan başlayır və 14 000 minə qədər davam edir.

Elə daşlar da, var ki, biz bunları hər bir müştəriyə məsləhət görmürük. Buna misal olaraq "MALAXİT" daşını göstərmək olar. Bu daş növü əsasən yalnızlığı sevir və bundan istifadə edərkən digər zinnət əşyasından istifadə etmək olmaz. Mağazamızda müəyyən təbii daşlar var ki, bürcündən aslı olmayaraq hər bir insan bu daşlardan istifadə edə bilər. Bu çəhrayı "KİVARS" adlanır. Xüsusilə qadınların təbii daşın bu növünə maraqları daha çoxdu. Qadın hormonunu artıran bu daş növünə eyni zamanda sevgi daşı da, deyilir.

Qoruyucu gücə malik bir sıra daşlarımız da var ki, bunlar pişik gözü, aslan gözü, şəvə adlanır. Bu daşlar insanları neqativ enerjidən, gözdən və bəd nəzərdən qoruyur. Bütün yaş qrupundan olan insanların təbii daşlara marağı var.

Mağazamızda həmçinin təbii daşlardan ibarət qolbaq, sep, üzük və təsbehlər mövcuddur. Eyni zamanda mağazada daş-qaş düzəldən sənətkar var ki, o, sifarişlə təbii daşlardan ibarət müəyyən zinnət əşyaları düzəldir".

Mövzu ilə əlaqədar olaraq şəhər sakinlərinin fikirlərini də öyrəndik.

Şəhər sakini Selcan Seyfullayeva: “Mənim üçün ən önəmli təbii daş brilyantdır. Demək olar ki, onun hər bir növünü sevirəm. Həyatda da ən çox təbii daş olaraq brilyantdan istifadə edirəm”.

Şəhər sakini Vüqar Ağayev: “Mən təbii daşlara o qədər də önəm vermirəm. Təbii daşların gücünə və mahiyyətinə də inanmıram. Amma həqiqətən bəzi insanlar var ki, bunların gücünə inanır".

Şəhər sakini Mehparə Məmmədova: “Təbii daşlardan gündəlik həyatımda istifadə edirəm. Onların müəyyən özəliklərinin olmasına inanıram. Xüsusilə də kəhrəbadan və əqiq daşlarından qolbaqlarım var”.

Şəhər sakini Hüseyn Salahov: “Təbii daşlar bizə tarixdən mövcuddur. Eyni zamanda təbii daşların xüsusiyyətləri ilə bağlı elmlə bir sıra araşdırmalar aparılmış və bunun nəticəsində onların həqiqətən də, müəyyən özəlliyə sahib olduqları məlum olmuşdu. Buna görə də mən həmin daşlardan istifadəni çox müsbət bir şəkildə qiymətləndirirəm”.

Şəhər sakini Gülnar Məmmədova: “Əsasən təbii daşlardan istifadə etməsəm də, onlar haqqında müəyyən məlumatım var. Gündəlik həyatda buna üstünlük verməsəm də, evdə və yaxud iş yerimdə təbii daşların suvenir versiyasından istifadə etmişəm”.

Şəhər sakini Valeh Məmmədov: “Bəzi insanlar var ki, təbii daşların gücünə dəhşətli dərəcə də inanır. Mən o dərəcədə inanmasam da müəyyən qədər inancım var. Bir sıra qolbaqlarım da var ki, onlarda təbii daşlar mövcuddur”.

Şəhər sakini Nərmin Abidova: “Düşünürəm ki, bir çox insan necə təbii daşların gücünə inanırsa məndə də eyni ilə elədir. Təbii daşlardan zinnət əşyam olmasa da, onların özünəməxsus olan xüsusiyyətlərinə inanıram və təbii daşlar içərisindən əsasən çəhrayı kvarsı bəyənirəm. Çünki bu daş eyni zamanda mənim bürcümün daşıdır”.

Digər xəbərlər