Sosial

  • 2 445

Tükənmişlik sindromu nədir - Bu sindrom NƏLƏRƏ SƏBƏB OLUR? - PSİXOLOQ AÇIQLADI

image

“Tükənmişlik sindiromu psixologiyada çox tez-tez rast gəlinə bilən sindromlardan biridir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitunun psixoloqu Lalə Əhmədova deyib.

“Burn-out”, yəni yanma sindromu dedikləri sindrom, hansı ki bir insan bir işi uzun müddət görəndə, bir yerdə uzun qalanda, “sıxıldım, darıxdım, özümü pis hiss elədim” dedikdə, həmin iş onun ən sevdiyi iş də ola bilər. Lakin həmin insan artıq həmin işi görmək istəmir və emosional yanma, yəni oradan dərhal uzaqlaşmaq istəyir. Hər şey onun üzərinə gəlir. Bu beyin yorğunluğu ilə, monotonizmlə əlaqədar olan bir şeydir. İnsan bəzən monoton bir sistemdən də sıxıla bilir. Məsələn bəzən hər gün evdar qadınlar deyir ki, “hər gün yuxudan oyan, yemək bişir, qab yu, bezdim, yoruldum”, yəni eyni monoton bir ritmdən sıxılma “burn-out”, yəni yanma müxtəlif cür ola bilər. Bəzən ola bilər ki, iş adamı yanmadan dolayı işi buraxmaq istəyir, istefa vermək istəyir. Həmin andakı emosional halət və emosional durumdur. Yanma sindromunda mütləq şəkildə psixoloji dəstək önəmlidir və həmin insanlar dərhal psixoloji dəstək alsalar, psixoloq əslində yanmanın səbəblərini və nəyə əsasən yarandığını araşdırır və daha sonra bunun çözümü rahatlaşır”-deyə, L.Əhmədova fikrini tamamlayıb.

Digər xəbərlər