Sosial

  • 2 361

Azyaşlı uşaqların narkotik aludəçisinə çevrilməsinin səbəbi nədir? - SOSİOLOQ AÇIQLADI

image

"Son dövrlər uşaqlar arasında narkotik qurbanı olan, narkotik aludəçisi olan yeniyetmələrin, gənclərin sayı günü-gündən artır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Rəşad Əsgərov deyib.

Onun sözlərinə görə, aydın məsələdir ki, uşaqların bu yola düşməsində birinci növbədə uşaqların valideyni günahkardır: "Uşaq valideyn tərəfindən nəzarətsiz qaldığı halda və yaxud da bilərəkdən valideyn tərəfindən bu yola yönləndirərək narkotik vasitə aduləçiliyinə və yaxud da narkotik qurbanına çevrilə bilir. Adətən uşaqların bu yola yönləndirilməsində valideynlərin rolu ona görə mühüm əhəmiyyət kəsb edir ki, valideynin özü də narkotik aludəçisidir.

İkinci bir tərəfdən bəzi uşaqlar var ki, hansı ki, valideynləri onları atıb və yaxud da kimsəsiz böyüməyə məhkum olurlar. Bu cür böyüyən uşaqların çoxu bu yola əl atırlar. Son zamanlar Azərbaycanda narkotikdən əziyyət çəkən uşaqların sayında əvvəlki illərin faiz göstəricilərinə əsasən artım müşahidə olunur. İkinci tərəfdən bu tipdən olan uşaqlar narkotik aludəçiliyindən əziyyət çəkərkən onları xəstəxanalara yerləşdirirlər. Adətən narko asılılığa düşmüş uşaqlardan dolayı yolla gizli biznes qurmağa çalışan insanlar istifadə edirlər. Bu xüsusilə narkobaronlar, narkotacirlərin əlində bir vasitəyə çevrilir. Bunun da nəticəsində həmin tipdən olan uşaqlar cinayətkarlıq halların yaranmasında iştirak etmiş olurlar. Yaxşı olardı ki, bu kimi problemlərin aradan qaldırılması üçün həm ailələrdə, həm orta ümumtəhsil müəssisələrində diqqətə saxlanılsın. Əgər bu alınmırsa aidiyyatı qurumlar bu uşaqları nəzarətə götürməlidir. Bu işlər mütəmadi, ardıcıl şəkildə görünərsə, bu tipdən olan uşaqların problemlərini həll etmək mümkün ola bilər".

Arzu Qurbanzadə

Digər xəbərlər