PDF Oxu

Sosial

  • 4 523

Novruz - işıq, inam və mənəviyyat bayramıdır

Novruz - işıq, inam və mənəviyyat bayramıdır

YAP Veteranlar Şurasının üzvü, Filologiya elmləri doktoru, professor Zahid Xəlil

Novruz bayramı hər şeydən əvvəl inam bayramıdır. Təbiətə, suya, işığa, gözəlliyə inam! İnam isə insan mənəviyyatının ən ali keyfiyyətlərindən biridir. Hər hansı bir işə inamla başlasan qələbə təmin olunacaq. İnam mənəviyyatın zirvəsidir. Ailəyə inam! Dosta inam! Dövlətə inam, rəhbərə inam! Bu gün Qarabağda başlanan möhtəşəm quruculuq işlərinin gələcəyinə inam! Ulu öndər yazırdı: ”İnsan mənəviyyat üçün yaşamalıdır” və tamamilə haqlı idi.

Dövlət başçısı da öz növbəsində, ən ağır zamanlarda belə, insanları haqqın qələbəsinə inandırmağı bacarmalıdır. Bunun üçün əvvəlcə başladığı bir işin uğurlu sonluğuna özü inanmalıdır. Ümummilli liderimiz Heydər Əliyev bütün dəyərlər içərisində ən böyük üstünlüyü insanların inamına verirdi. Qarabağın ən ağır günlərində, qarətçilər şəhərlərimizi, kəndlərimizi talan edəndə, meşələrimizi amansızcasına doğrayıb sinəmizə dağ çəkəndə - 1998-ci il “Azərbaycan” qəzetinin 24 mart tarixli sayında inamla yazırdı: “Gün o gün olacaq ki, ki,Novruz bayranmını bir dəfə Şuşada,o biri il laçında.o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaq. Mən buna inanıram və bu inamla yaşayıram. Bu inamla istəyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Onun bu inamı özündən sonrakı nəslə də keçdi və qələbələrimizin əsası oldu.

Azərbaycan respublikasının prezidenti,Ali Baş Komandan İlham Əliyev elə həmin inamla 44 günlük müharibədə misli görünməmiş qələbə qazandı.Xarakterindəki möhkəmlik,fəaliyyətindəki ardıcıllıq ,qəhrəmanlara layiq olan dönməzlik ona “Dəmir yumruq” ləqəbi qazandırdı.Müharibə qurtarsa da xalq onu yenə də “Dəmir yumruq” adlandırır. İndi biz “Dəmir Yumruq” deyəndə “Dəmir Xarakter”, ”Dəmir əqidə”, ”Yenilməz rəhbər” kimi mənalarını anlayırıq. Dünyamızın yuxusunu qarışdırdığı, Rusiya-Ukrayna müharıbəsinin davam etdiyi bu günlərdə, Azərbaycanı bütün təhlukələrdən məharətlə qoruyan ölkə başçısını yalnız bu mənaları daşıyan, hamımızın fəxrlə dediyimiz “Dəmir yumruq” kimi ifadə etməyimiz çox təbiidir.

Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyev və vitse Prezidentimiz Mehriban xanım Əliyeva xalqla birlikdə Novruz bayramının görüşünə layiqli hədiyyələrlə gəlirlər,Qarabağ torpağında müasir dünyanı heyrətə gətirən şəhərlər, kəndlər, istehsalat müəssisələri,yaraşıqlı otellər,insanların ruhunu oxşayan parklar,istirahət mərkəzləri,məktəblər,uşaq bağçaları yaratmaq arzularını inamla həyata keçirməyə başlamışlar.Xalqın ən istedadlı insanlarını bu işə səfərbər etmişlər. Böyük quruculuq işlərinə başlanmışdır,Dağların altından tunellər cəkilmiş, Füzulidə Beynəlxalq hava limanı tikilmişdir.Hətta ən tənbəl adamlar belə qeyrətə gəlmişdir.Qurmaq,yaratmaq ehtirası ürəkləri fəth etmişdir.”Dəmir yumruğ”un iradəsi ilə ,dünənki “xəstə” yolların yerində gözəl asfalt magistrallar çəkilmişdir və bu iş inaml davam etdirilir.

Ağlamadı,sızlamadı

Yollar elə mərd sağaldı.

44 günlük qələbəylə

30 illik dərd sağaldi.

Qarabağda yoxa çıxıb

Oğru yolu,qaçaq yolu.

Biz oraya çəkdiririk.

Dəmir yolu, uçaq yolu.

Kəsir qırmızı lentləri,

Fəxrlə süzür yolları.

Salınan hər magistral

”Dəmir yumruğun”qolları.

Dağın içindən yol açmaq

İti ağıllardan gəlir.

Maşınlar çıxır tuneldən

Sanki nağıllardan gəlir.

Yollar göylərə dırmaşır

Uçaqların qanadında.

Təzə bir dünya qurmağa

“Dəmir yumruq” inadında

Bütün diqqət Şuşaya yönəlib. Nədənsə hamı əvvəlcə Şuşanın bərpasını istəyir. Amma yəqin az adam bilir ki, Şuşanın, Füzulinin, Ağdamın, Cəbrayılın, Qubadlının, Zəngilanın, Kəlbəcərin, Laçının,Tərtərin, Ağdərənin, Xankəndinin təkcə köhnə siması qayıtmayacaq, o şəhərlərdə və kəndlərdə elə möcüzələr yaradılacaq ki, hamını heyran qoyacaq:Ağıllı kənndlər tikiləcək,müasir dünyanın tələb etdiyi istehsalat müəssisılıri açılacaq.

Təsadüfi deyil ki, qələbədən dərhal sora ölkənin başçıları - İlham Əliyev və Mehriban xanım Əliyeva tez-tez Qarabağa səfər etməyə başladılar. Maşının sükanı arxasında ölkə prezidentinin əyləşməsi onu göstərirdi ki, o, Qarabağın yollarını doğma bir duyğu kimi hiss etmək istəyir. Amma yollar narahat, ətraf xarabazara çevrilmişdi. Ali Baş Komandan pəncərədən tarmar olmuş yerləri göstərib deyirdi:

Dünyanın ən dəhşətli müharibələrində də belə vəhşiliklər görünməyib. Görün şəhəri nə günə salıblar. Eləbil çəyirtgə sürüsü zəminin bütün məhsulunu məhv edib. Bir bax, torpağın altını, üstünə ceviriblər.

Mehriban xanım onun göstərdiyi yerləri heyrətlə seyr edir,düşmənin nə qədər ləyaqətsiz olduğunu görürdü. Onun qucağında ağ parçaya bükülmüş Müqəddəs “Quran” var idi. Onlar Qarabağa Allah kəlamı, təmizlik, ləyaqət, ən başlıcası isə inam aparırdılar.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev yaxşı bilir ki, 44 günlük müharibəni zəfərlə başa vurmaq hələ işin yarısıdır. Müharibə Qarabağın gözəlliyini məhv etmişdi. Qarətçilər təkcə onun var yoxunu talamamışdılar, daşını, meşəsini, evlərini daşıyıb aparmışdılar. Qarabağ torpağı başdan başa xarabalığa cevrilmişdi. İnsanların ürəyinə dağ çəkən bu xarabalıqları yenidən cənnətə çevirmək lazım idi. Ali Baş Komandanın qərarı qəti idi. ”Dəmir yumruq” yenə də öz əzəməti ilə havaya qalxdı. Ali Baş Komandanın hamını səfərbər edən qüdrətli səsi səhər günəşinin həyatverici şüaları kimi ətrafa yayıldı. Bu səs çox əzəmətli idi.Qoca şair onu belə vəsf elədi.

“Dəmir yumruğun” səsində

Tükənməyən bir sevgi var

İnsanı göyə qaldıran

Qəhrəmanlıq ahəngi var

Hər gün bir zəfər qazanır,

Dayanmır,bir daha gedir.

Bu torpaqda bütün yollar

Bir xoşbəxt sabaha gedir.

Dəmir yumruğun səsində

Günəş gülür,dan sökülür

Onun ilıq nəfəsindən

Dünyaya sevgi tökülür.

“Dəmir yumruğun” səsində

Qalxıb ucalmaq eşqi var

Yaratdığı əsərlərdən

Cönüb, güc almaq eşqi var

Haqqı nahaqqdan qoruyur

Çox ölkədən gəlir səsi.

“Dəmir yumruğun” məntiqi

Allahın bir möcüzəsi!

Qoy danışsın Baş Komandan

Hər sözü yanan işıqdı

Mərd gülüşü,mərd yerişi,

Bu dünyaya yaraşıqdı.

O danışır ,sözlərindən

Nur tökülür sətir- sətir

Onun nitqi ilk bahardı

Günəş çıxır,çiçək bitir.

Düşmənlərim yuxusunu

Gecə-gündüz o, qaçırır.

Namərdlərin sifətinə

Bir güllə kimi açılır.

“Dəmir yumruğun” nərəsi

Sülh istəyən ən güclü səs:

-Deyin,hardan yaranıbdı

Vurub dağıtmağa həvəs?

Qoyun bulaqlar çağlasın

Kəsin hərbin nəfəsini

Qoymayın insan ağlasın

Batırın tank nərəsi

Bu səsdə Novruz bayramının insanlara verdiyi xoş duyğular,Təzə cücərib qalxan cəmənliklərin ürəklərə gətirdiyi rayihə,yaşıllıqların içində qırmızı qanadlarını cırpa-cırpa insanları sevib- sevilməyə cağıran qızıl lalələrin inamlı sevgisi var.Bu səsdə xalqı səfərbər etməyə ,gələcək uğrunda mübarizə aparmağa birləşdirən qüdrət var. Bu səs bir də ona görə güclüdür ki,Möhtərəm prezidentimizin ləyaqətli ömü yoldaşı,Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva onun başladığı idealları uğurla tamamlayan dünya miqyaslı işlər görür,milli dəyərlərimizin qorunması naminə beyhəlxalq məclislərdə təmsil etdiyi millətin dəyərlərini qoruyur.

Aslanın erkəyi, dişisi olmaz “deyimini bütün fəaliyyəti ilə sübut edən Azərbaycan Respublikasının vitse Prezidenti, Heydər Əliyev fondunun prezidenti UNESCO VƏ İSESCO –nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində 28 sentyabr-2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində novruz bayramı UNESCO tərəfindən Qeyri Maddi Mədəni İrs üzrə Reprezentatıv siyahısına daxil edildi.

Sovet dönəmində qorxa-qorxa qeyd etdiyi Novruzu indi xalq dövlətin qayğısı ilə yüksək səviyyədə bayram edir. Novruz inancı cox qədim tarixə malikdir O.bəşəriyyətin ən qədim mənəvi dəyərlərindəndir. İnsan yarandığı gündən - Günəşin həyatverici qüdrətini hiss etdiyi andan bu səma cisminin insanı qızdırmağa başladığı günləri bayram etməyə başlayıb O həmin günlərdə əkin-biçin işlərinin məqamını hiss edib.Azuqəsi üçün təməl işlərini görməyə başladığı həmin günlərinə inam bəsləyib, onu bayrama çevirib Həmin günlərdə insan coşğun hisslər yaşayır,küsülü olduğu insanla barışır,Qohumlarını ziyarət edir,məclis qurur,xoşbəxtlik duyğuları keçirir.” Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki,qədim zamanlardan bu bayramda insanlar kin- küdurəti unudur,küsülülər barışır,,ziddiyyətlər aradan götürülür. Demək bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. (H.Əliyev)

Novruz bayramı səmimiyyət yaradan xarakteri ilə siyasətə də təsit etmişdir.Bu bayram münasibəti ilə dövlət başçısını təbrik edən xarici diplomatlarla daim dostluq əlaqələri yaradan Möhtərəm Prezidentimiz İlham Əliyev bu fürsətlərdən də məharətlə yararlanır,özlərini ölkəmizdə yad hesab edən və ya ,bu ölkədə siyasi durumunu tam müəyyənləşdirməkdə çətinlik çəkənlər də Novruz bayramının xeyirxah xarakteri ilə onları ölkəmizin dostuna çevirməyi bacarır.O yaxşı bilir ki, Azərbaycanın dostu cox olmalıdır.

Novruz həm də işıq bayramıdır. Onun retuallarında “Gün çıx, gün çıx, kəhər atı min, çıx” kimi günəşi çağıran, əslində işığın Novruzun vacib elementi olduğunu təsdiq edir. Kücələrdə tonqalların,evlərdə şamların yandırılması da gündüz yanan işıqların ömrünü uzatmaq istəyi ilə bağlıdır.Hec təsadüfi deyil ki Qarabağda elektrik stansiyasının tikilişi ilə bağlı görülən işlər də məhz bu Novruz günlərinə təsadüf edir.

Ətrafına yaxşı bax!

Gül qönçəsi işıqdı

Dünyaya ilk göz açan

Körpə səsi işıqaı.

Coxdu işıqlarımız

Qartal:-Ucan işıqdı

Ceyran:-Qacan işıqdı.

Günəş:-Qucan işıqdı.

İşıq var- ildırımdı

Təlatümlər qoparır.

İşıq var ki, milləti

Arxasınca aparır.

Gəl işıqdan danışaq

Könlüm işıq soraqlar.

Baş Komandan işıqdı-

Ətrafında çıraqlar.

Yaxşı saxla yadında

Bu ürək sözlərimi.

O işıq kor elədi

Düşmənin gözlərini.

44 günlük döyüşün

Zəfər səsi işıqdı!

Ali Baş komandanın

Qələbəsi işıqdı.

Əzəmətli yerişi,

Yürüşü də işıqdı

Millətin qarşısında

Duruşu də işıqdı.

O parlayır günəştək

Vətənin qucağında.

Bərəkətə cevrilib

Hər kəsin ocağinda.

Işiq,inam və mənəviyyat bayramınız mübarək olsun !

Digər xəbərlər